Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

5.2.2013

Azərbaycanda icazəsiz lüğət və sahəvi ensiklopediyalar çap etdirənlər tutulacaqlar

Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının müvafiq qərarı olmadan lüğət və sahələr üzrə ensiklopediyalar hazırlayaraq çap etdirən insanlar məsuliyyətə cəlb olunacaqlar. Bunu Trendə Komissiyasının sədri müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bununla bağlı komissiya ölkədə fəaliyyət göstərən bütün ali məktəb rektorlarına, elmi-tədqiqat institutlarının direktorlarına məktubla müraciət etməyə hazırlaşır.

"Lüğətlər stolüstü kitablardır. İstənilən ali məktəb müəllimi, institut işçisi lüğət hazırlayır və onlar özləri həmin lüğətləri heç bir müzakirədən keçmədən, heç bir qərar olmadan çap etdirirlər. Buna görə də TK-nın qərarı olmadan lüğətlər nəşr olunarsa və yaxud sahələr üzrə ensiklopediyalar hazırlanarsa, həmin şəxslər əsasnaməyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar", - Sadıqova deyib.

O əlavə edib ki, terminoloji lüğətlər və sahələr üzrə ensiklopediyalar özbaşına nəşr olunmamalıdır. Komissiyanın ən böyük məqsədi də buna nail olmaqdır.

Komissiyanın sədr müavini bildirib ki, lüğətlərin, ensikpolediyaların özbaşına çap edilməsi həmin şəxslərin prezidentin sərəncamına riayət etməməsi deməkdir.

"Bundan böyük qınaq ola bilməz. Prezident sərəncam verib ki, bu lüğətlər və ensiklopediyalar TK-dan keçməlidirlər. Hər bir şəxs özü müstəqil oturub lüğət yazıb çap etdirə bilməz. Məsələn, satışda "İqtisadiyyatın əsasları" var. Ancaq baxırsan ki, kitabın icində lüğət var. Kitab "İqtisadiyyatın əsasları" adlanırsa, o, nəzəri kitab olmalıdır", - Sadıqova deyib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.