Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

15.12.2012

Fəxrəddin VEYSƏLLİ

RESPUBLİKADA DİL SİTUASİYASI VƏ DİL SİYASƏTİ

Açar sözlər: dil situasiyası, dil siyasəti, dövlət, fundamental, araşdırma, ünsiyyət və davranış dili
Key words: language situation and policy, behavior, fundamental, communication languages
Ключевые слова: языковая ситуация и политика, госязык, фундаментальный язык

1. Müstəqillik yolunda inamla irəliləyən Respublikamızda dil situasiyasını və buna uyğun elmi cəhətdən əsalandırılmış dil siyasətini düzün qurmaq üçün xalqımızın gələcəyinə yönəlikli bir konsepsiya işləyib hazırlamağa böyük ehtiyac var. Bu konsepsiya həm dilçiliyin və dilöyrənmənin müasir səviyyəsini, həm iqtisadi amili, hə də xalqımızın strateji maraqlarını nəzərə almalıdır. Belə bir konsepsiya o zaman yaxşı qarşılanar və səmərəli olar ki, o bu günün tələblərinə cavab versin, həm də yaxın və uzaq gələcəyi hədəf götürsün. Bu konsepsiya həm də Azərbaycan dilinin və ölkəmizdə dilçiliyin inkişafına dair dövlət proqramının müddəalarını ehtiva etməlidir. Bunun üçün ilk növbədə ölkəmizdə dil situasiyası dərindən təhlil olunmalı, onun real mənzərəsi bütün incəliklərilə ortaya qoyulmalı və yalnız bundan sonra dil siyasətilə bağlı konkret sənəd hazırlanmalıdır. Bu gün müstəqil Azərbaycan Respublikasında dil situasiyasını belə ümumiləşdirə bilərik:
- ölkəmizdə imperiyanın qalıqlarından biri də rus dilidir. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Uzun illər ikidillilik şəraitində yaşayan və rus dilinə önəm verən azəbaycanlılar özlərinin əsas ünsiyyət vasitələrindən olan rus dilindən ayrıla bilmirlər. Əvvəla, bu psixoloji-informativ və mənəvi amillərlə izah olun bilər. Həmişə rusdilli informasiya məkanında olmağa vərdiş etmiş adamlar asanlıqla öz vərdişlərindən imtina edə bilmirlər. Rus dili və ədəbiyyatı, rus mənəviyyatı ruhunda böyüyən adamlar bu ənənənin təsir dairəsindən çıxa bilmirlər, bütün davranışlarını rusca kökləməyə daha az enerji sərf etməklə nail olurlar. Təsəvvür edək ki, sabitləşmiş dil situasiyasından üz çevirib yenisinə alışmaq nə qədər enerji və vaxt tələb edər. Elə bu səbəbdəndir ki, Respublikamızın paytaxt əhalisinin xeyli hissəsi, xüsusilə həmişə ruslara rəğbəti olan ailələr və onların törəmələri, eyni zamanda Respublikamızın iri şəhərlərdə keçmiş sovet, partiya və komsomol nomenklaturasının yetişdrmələri, bu gün də rusca oxuyur, rusca düşünür və bunu da özlərinə şərəf bilirlər. Digər tərəfdən, imperiya dağıldısa da, onun güclü varisi öz ədası və ambisiyaları ilə qalmaqdadır. Bütün bunlar bizdə rusdillilərin hələ də dil stuasiyasının formalaşmasında mühüm rol oynamalarını təsdiqləyən amillərdir;.
- qlobal dünyamızda bütün sahələrdə olduğu kimi, dil situasiyasında da amerikan-ingilis düşüncə tərzi və ingilis dili mühüm ünsiyyət vasitəsinə çevrilir. Bu meyil öznü gənclər arasında daha çox büruzə verir. Dünya miqyasına çıxmaq meyli, müasir sivilyasiyaya qovuşmaq, dünya iqtisadi və mədəni bazarında yer tutmaq istəyən gənclərimiz ingilis dilinə daha çox maraq göstərir, bütün güclərini sərf edərək bu dili öyrənib öz gələcək həyatlarını təmin etməyə can atırlar. Dünya əmək bazarında özlərinə bu dillə yer tuta və bu yolla da karyeralarını qura biləcəklərinə əminlik onların bu sahədə daha qətiyyətli addımlar atmalarını şərtləndirir.
- müstəqillik illərinin əvvəllərində sərhədlərin açılması və tarixən mənəvi və qan bağlılığımız əhalimizin böyük əksəriyyətində Türkiyəyə meyli motivləşdirdi və ziyalılarımızın böyük qismi dərhal bundan yararlanmağa başladı. Gənclərimiz də bu fürsətdən kifayət qədər yararlandı. Dilimzə xeyli türk sözləri axıb gəldi, televiziya və radioda hətta türk dilinin intonasiyası və vurğusu tez-tez eşidilməyə başladı. Bu gün bu meyil bir qədər azalsa da, türk dilinin öz dilimizə qarışaraq işlənməsi adi hal almışdır.
- dil situasiyasının bir istiqaməi də ərəb dilidir. İmperiya dövründə əlimizdən alınmış vicdan azadlığı özümüzə qayıdandan sonra islam dininin əsas daşıyıcısı olan ərəb dili həyatımıza daha geniş miqyasda və əhatədə daxil olmağa başladı. Əvvəllər yalnız dini mərasimlərdə axund və mollaların fəaliyyətində ardıcıl səslənən ərəb dili bu gün xeyli gəncimizin təhsil dili oldu, Səudiyyə Ərəbistanına gedən zəvvarlarımız və ərəb dünyasında təhsil alan gənclərimiz ölkəmizdə dil situasiyasına güclü təsir göstərən mənbələrdən biridir. Müqəddəs kitabımız “Qurani Kərimi” orijinalda oxumaq həvəsi bu gün çoxlarının ali məqsədinə çevrilib.
- dil situasiyasına təsir edən digər amil İran İslam Respublikası və onun fars dilidir. Son dərəcə həssas olan odur ki, İranda bizim 30 milyona yaxın can bir, dil bir qardaşlarımız yaşayır. Onlarla ünsiyyət bizim üçün həmişə əhəmiyyətli olmuşdur. Lakin fars şovinizmi bizə öz ideologiyası prizmasından yanaşmış və öz soydaşlarımızla ana dilimizdə ünsiyyətə qısqanmış və nəticədə biz də ya birbaşa, ya da dolyısı ilə fars dilinin təsirinə məruz qalmışıq. Hətta İranın Azərbaycandakı səfiri azərbaycanlı olsa belə, biz rəsmi görüşlərdə onun farsca danışdığının şahidi olmuşuq.
- bütün bu sadaladıqlarımızdan kənarda qalan dil mühiti bizim doğma Azərbaycan türkcəsidir. Bu gün KİV-də, radio və televiziyada, parlamentdə səslənən dil bizim əzəmətli Azərbaycan dilimizdir. Bölgələrimizdəki dil ölməz ana dilimizdir. Öz şirinliyi, saflığı və zənginliyinə görə bu dil dünyanın bir çox dillərilə bir sırada addımlayır. Onun qorunması üçün dövlətimiz öz missiyasını layiqincə yerinə yetirir.
2. Dil situasiyasının yuxarıdakı təhlilindən sonra bizim Respublikada dil siyasəti haqqında söhbət açmağımız yerinə düşər. Dil siyasəti deyəndə biz ölkəmizdə Azərbaycan dilinin milli etniklərin dillərinə və xarici dillərə münasibətinin qanun şəklində nizamlanmasını nəzərdə tuturuq. Məlumdur ki, AR-nın Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması ayrıca maddə ilə (73) təsbit olunmuşdur. Bu o deməkdir ki, Respublikamızda kargüzarlıq, təhsil, qanunvericilik, ticari, mədəni və s. fəaliyyətlərimiz Azərbaycan dilində olmalıdır. Ancaq eyni zamanda biz bilirk ki, konkret fəaliyyət sahələrində başqa dillərlə də rastlaşmalı luruq. Belə olduqda istər-istəməz bir sualla rastlaşırıq. Hər bir Azərbaycan vətəndaşı praktik olaraq neçə dil bilməlidir? Bu suala biz hələ bir neçə il bundan öncə (20.V.1995, 67-69: Xəzər Universiteti) cavab vermişik. Aşağıda həmin fikirəri bir qədər yığcam şəkildə belə şərh edərdik:
- dövlət dili. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və bu dövlətin ərazisində bu dil ünsiyyət vasitəsidir. Hətta xarici qonaqlar burada bu dildə danışmağa çalışmalıdırlar. Düzdür, biz dil və din baxımından tolerant xalqıq, ancaq buna baxmayaraq qonaqlarımızla ünsiyyətə öz dilimizdə can atmalıyıq. Bunu bizdən Konstitusiyamız tələb edir.
- davranış dili.Etniklər, sərhəd zonasında yaşayanlar Azərbaycan dilindən davranış dili kimi istifadə edə bilərlər. Borçalı mahalında yaşayan azərbaycanlıların dövlət dili gürcü dilidir, orada Azərbaycan dili onların ana dili olsa da, ünsiyyətdə bu dil onlar üçün davranış dili kimi müəyyənləşdirilə bilər. Azərbaycan ərazisində yaşayan bütün etniklər üçün Azərbaycan dili həm dövlət dilidir, həm də müxtəlif azlıqların nümayəndələri öz aralarında Azərbaycan dilindən davranış dili kimi istifadə edirlər.
- fundamental dil. Respublikamızda fundamental dil orta ümumtəhsil məktəblərinin 5-ci sinfindən müəyyən proqram və dərslik əsasında tədrs olunur. Ona görə də bu dili idarəolunmayan ana dilndən fərqli olaraq idarəolunan dil adlandırmaq olar. Bu, tanınmış xarici dillərdən biri ola bilər. Təəssüf ki, bizdə bu, son ilərdə ingilis dili istiqamətində daha geniş yayılıb.
- ünsiyyət dili. İndi vətəndaşlarımız bir xarici dillə dünyaya çıxa bilmirlər. Düzdür, indi hər yerdə ingils dili bu funksiyanı yerinə yetirə bilir. Ancaq biz Rusiyada və ya Fransada olanda rus və ya fransız dilində istifadə etsək bu çox yaxşı qarşılanar. Həmin bu dili biz ünsiyyət dili adlandırırıq.
- araşdırma və ya arama dili.Azərbaycan vətəndaşı öz dar ixtisası ilə bağlı hər hansı bir dil öyrənmək istəyirsə, o, yazılı abidələrin və ya qaynaqların hifz olunduğu dili öyrənməlidir. Məsələn, şumerlərin, gürcülərin, qədim türk dilini və s. öyrəniriksə, bunu araşdırma dili adlandırmaq olar. F. fon Diits oğuzların möhtəşəm abdəsi olan “Kitabi Dədə Qorqud” dastanını oxuyub alman dilinə tərcümə etmək üçün Azərbaycan türkcəsini araşdırma dili kimi öyrənmişdir.
3. Beləliklə, Respublikada dil situasiyasını təhlil edib öyrənəndən sonra dıl siyasətini də müəyyənləşdirə bilərik. Respublikamızın hər bir vətəndaşı ən azı üç (dövlət, davranış və fundamental dili) dil öyrənməlidir.. Qarşıda duran məqsəddən asılı olaraq biz maksimim beş dil bilməliyik: dövlət, davranış, fundamental, ünsiyyət və araşdırma dilləri.
Dil siyasəti layihəsi hazırlanarkən burada söylənilən fikirlərlə bağlı digəır fikirləri də müzakirə etmək olar.

F.Y.Veysalli
Some Aspects of Language Situation and Policy in our Republic
(Summary)

The aim of this research is to discuss some theoretical and practical problems of language learning in our Republic.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.