Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

“Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçirilmişdir

Bakı, 13 dekabr (AzərTAc). Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda bu elm müəssisəsinin və AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) birgə təşkilatçılığı ilə “Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransda ali və orta məktəblərdə Azərbaycan dilinin daha dərindən öyrənilməsi, ailə, idarə və digər ictimai yerlərdə dilin qorunması məsələləri müzakirə edilmişdir.
Tədbirdə HİEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli Sərəncamının əhəmiyyətindən və bu mühüm sənədin icrasını həyata keçirmək məqsədi ilə yaradılmış AMEA-nın işçi qrupunun fəaliyyətindən danışmışdır.
K.Abdullayev dövlətimizin başçısının Azərbaycan dilinin və dilçiliyinin inkişafı ilə bağlı Sərəncamının əhəmiyyətini vurğulayaraq burada, həmçinin tərcümə fəaliyyətinin, terminologiyanın inkişafına da diqqət yetirildiyini qeyd etmişdir. İşçi qrupu tərəfindən müəyyən işlərin görüldüyü, müxtəlif görüşlərin keçirildiyi, irəli sürülən təkliflərin nəzərə alındığı bildirilmişdir.
Konfransda AMEA Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, professor Fəxrəddin Veysəllinin “Respublikada dil situasiyası və dil siyasəti” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzədə respublikamızda dil situasiyasını və buna uyğun elmi cəhətdən əsaslandırılmış dil siyasətini düzgün qurmaq üçün müvafiq konsepsiyanın işlənib hazırlanmasının zəruriliyi vurğulanmışdır. Bildirilmişdir ki, həmin konsepsiya həm də Azərbaycan dilinin və ölkəmizdə dilçiliyin inkişafına dair Dövlət Proqramının müddəalarını ehtiva etməlidir. Bunun üçün, ilk növbədə, ölkəmizdə dil situasiyası dərindən təhlil olunmalı, onun real mənzərəsi bütün incəlikləri ilə göz önündə canlandırılmalı və yalnız bundan sonra dil siyasəti ilə bağlı konkret sənəd hazırlanmalıdır.
Tədbirdə “İkidillilik və arqolar”, “Dil situasiyasının tipologiyası”, “Azərbaycan dili qloballaşma şəraitində”, “Mətbuatın ədəbi dilin inkişafında rolu”, “Çağdaş dövrdə Azərbaycan dili” və digər mövzularda, ümumilikdə, 10 məruzə dinlənilərək müzakirə edilmişdir.
Həmçinin mətbuat, televiziya və radioda dil məsələlərinə həsr olunan çıxış və müzakirələrin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılmış, bir sıra təkliflər səsləndirilmişdir.
Konfransın materialları toplu şəklində nəşr ediləcəkdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.