Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
3.5.2015

Veteranlar Şurası 9 may Qələbə günü münasibətilə yığıncaq keçirdi

1 may 2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Veteranlar Şurası 9 may Qələbə günü münasibətilə yığıncaq keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Veteranlar Şurasının sədri filologiya elmləri doktoru Kamilə Vəliyeva bu günün əhəmiyyətindən bəhs etmiş, müharibə iştirakçıları və qəhrəmanlarından söz açmışdır. Bildirmişdi ki, Böyük Vətən müharibəsi illərində (1941-1945) xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri ortaya qoymuşdur.

Respublikada çox az müddət ərzində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. Müharibə illərində Azərbaycanın 600 mindən çox igid oğul və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə dünya tarixinə qızıl hərflərlə yeni səhifələr yazmışlar. Bu fədakarlıqlarla yanaşı, iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər də görülürdü. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbhəxanasına çevrilmişdi. Hər sahədə olduğu kimi neftçilərimiz də öz sahələrində zəhmət və əziyyətləri ilə qəhrəmanlıq səlnamələri yaratmışlar.  
Sonra çıxış üçün söz aparıcı elmi işçi Təranə Şükürlüyə verilmişdir. Təranə Şükürlü çıxışında o illərdə Azərbaycan alimlərinin ixtiranlarından, arxa cəbhədə gördüyü işlərdən söhbət açmışdır: “Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yarandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox 23,5 millyon ton istehsal olundu ki, bu da SSRİ-də çıxarılan neftin 71.4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti əsas amillərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin – dördü Bakı benzinilə işləyirdi.

İkinci dünya müharibəsi azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi”.
Bununla yanaşı, çıxış edən professor Qara Məşədiyev, filologiya elmləri doktoru Roza Eyvazova və dosent Qüdrət Cəfərov müharibə illərilə bağlı xatirələr danışdılar.

Mətbuat xidmətinin rəhbəri:
Fil.ü.f.dok. dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.