Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

28 noyabr 2012

“Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans

Noyabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsinin və AMEA Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, onun universitetdəki büstü önünə tər çiçəklər qoydular.
Konfransın plenar iclasında ADU-nun rektoru, professor Səməd Seyidov müasir tətbiqi dilçilik və ümumiyyətlə dilçilik probleminin bu gün Azərbaycanda ön planda olan əhəmiyyətli mövzulardan biri olduğunu qeyd etdi.
Bildirildi ki, gündən-günə inkişaf edən Azərbaycan dünyaya açılır. Dünyada layiqincə təmsil olunmaq üçün yüksək səviyyədə həm dil, həm də tətbiqi dilçilik problemləri araşdırılmalıdır.
Konfransda “Nitq tanınma sistemləri”, “Dil, işarə və onun kompyuter şərhi”, “Süni intellekt”, “Xarici dillərin tədrisində qlobal dil amili”, “Qloballaşma və çoxdilliliyin tərcüməyə və tərcüməçiyə təsiri, “Dil və bədii qavrama” və s. mövzularda məruzələr dinlənildi, müzakirələr aparıldı.
“Dil və kompyuter”, “Xarici dillərin tədrisi kommunikativ səriştə kontekstində”, “Tərcümə dillərarası və mədəniyyətlərarası kommunikasiya vasitəsi kimi”, “Psixolinqvistika: problemlər və perspektivlər” mövzularından bəhs edən bölmələr üzrə aparılan beynəlxalq konfrans noyabrın 28-də başa çatacaqdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.