Elmi şuranın iclası keçirilib

Şrifti böyüt:
Çap et

16 noyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib. İclasda elmi müəssisənin 2022-ci ildə elmi-tədqiqat planına əsasən gördüyü işlər müzakirə olunub.
İnstitutun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli gündəlikdəki məsələlər haqqında şura üzvlərinə məlumat verib. O, cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki əhəmiyyətindən danışıb. İnstitutun gələcək planlarından bəhs edib. İclasda institutun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib.
Şöbə müdirləri hesabat ilində keçirilən beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslar, əməkdaşların iştirak etdiyi beynəlxalq konfranslar haqqında məlumat verib. Əməkdaşların beynəlxalq indeksli jurnallarda dərc edilən elmi məqalələri barədə statistik göstəricilər və kitab nəşrləri diqqətə çatdırıb.
İnstitutun nəzdindəki Dissertasiya Şurasının işi dosent Sevinc Məmmədova, İctimaiyyətlə əlaqələr şöbəsinin illik fəaliyyəti, dosent Təranə Şükürlü, Təhsil şöbəsinin illik hesabatı dosent Rasim Heydərov və Gənc Alim və Mütəxəssislər Şurasının elmi –praktik işləri fil.ü.f.d. Günel Orucovanın təqdimatında dinlənilib.
Sonra elmi katib dosent Aynel Məşədiyeva cari məsələləri diqqətə çatdırıb. İclasda 2022-ci ilin elmi-tədqiqat işlərinin yoxlanılması ilə əlaqədar komissiya tərkibinin yaradılması və müddətinin təyin edilməsi, qış sessiyası doktorluq imtahanları komissiyalarının təsdiqi barədə məsələlər müzakirə edilib.