Professor İsmayıl Kazımov Qazaxıstanda “Türk dünyasının 2040 vizyonu” simpoziumunda məruzə edib

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımov Qazaxıstanda keçirilən “Türk dünyasının 2040 vizyonu” simpoziumunda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumda İ.Kazımov “Çağdaş türk dövlətləri və xalqları arasındakı münasibətlərin inkişafında dil faktoru” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində türk dillərinin ümumi ünsiyyət vasitəsi, türk yazı dilləri arasındakı qarşılıqlı anlaşmalar, ortaq dil, ünsiyyət problemi və s. məsələlərdən bəhs edib.