Dilçilik İnstitutunda Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin alimləri ilə görüş

Şrifti böyüt:
Çap et

28 oktyabrda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Təhsil mərkəzinin direktoru İnomjon Azimov, müəllimi dosent Muyassar Saparniyazova, Nazirlər Şurasının Özbək dili İnkişafı fondunun directoru Azizbek Eminov ilə görüş olub.
Görüşdə elmi müəssisənin baş direktoru professor Nadir AMEA Nəsimi adına Dilçilik İnstitutu qardaş Özbəkistanın akademik dairələri ilə əlaqələrin uğurla davam etdiyini vurğulayıb. Nadir Məmmədli bildirib ki, 22 aprel 2022-ci ildə Nəsimi adına Dilçilik İnstitutu Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə onlayn görüş keçirib. Dilçilik İnstitutu ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Müqavilədə birgə elmi tədqiqatların aparılması, konqres, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və doktorant mübadiləsi və digər məsələlər nəzərdə tutulub.
Professor qeyd edib ki, hazırda Dilçilik İnstitutunda “Azərbaycanca-özbəkcə lüğət”, “Azərbaycanca-özbəkcə-türkcə danışıq kitabça”sı hazırlanır. . Bu elmi əməkdaşlıq nəticəsində əlaqələrimiz möhkəmlənir və davamlı xarakter almağa başlayır.
Tədnirdə Ədəbiyyat İnstitutunun professoru Almaz Binnətova, Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının müəllimi dosent Nuridə Novruzova, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi dosent Təranə Şükürlü görüşün elmi əlaqələrin genişlənməsinə böyük təkan verəcəyini vurğulayıblar.
Qonaqlar görülən işlərin davamlı olacağını bildiriblər və beşcildlik “Özbək dilinin izahlı lüğəti”ni instituta hədiyyə ediblər.