BDU-nun “Media problemləri jurnalı”nın təqdimatı keçirilib

Şrifti böyüt:
Çap et

Bu gün EXPO Mərkəzində keçirilən Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “Media problemləri jurnalı”nın təqdimat mərasimi keçirilib.

Təqdimat zamanı müasir informasiya məkanında jurnalistikanın və medianın fəaliyyətinin elmi əsaslarla araşdırılmasının əhəmiyyəti vurğulanıb. Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli də çıxış edib. O, təqdimat zamanı mediada Azərbaycan dilinin işlənməsi ilə bağlı mövcud problemlərə toxunub, dil normalarının qorunması, ədəbi dilin imkanlarından düzgün istifadə olunması və jurnalistlərin nitq mədəniyyətinin yüksəldilməsi məsələlərini diqqətə çatdırıb.

“Media problemləri jurnalı” informasiya və jurnalistika sahəsində baş verən proseslərin elmi araşdırılmasına, media fəaliyyətinin aktual məsələlərinin təhlilinə və bu sahədə elmi müzakirələrin genişləndirilməsinə xidmət edir.