Elmi şuranın iclası keçirilib

Şrifti böyüt:
Çap et

25 sentyabrda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə Elmi şuranın sədri professor Nadir Məmmədli açaraq gündəlikdə olan məsələləri diqqətinə çatdırıb.

İclasda 2026-cı ildə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun yekunları müzakirə olunub.

Qəbul prosesinin nəticələri ,doktorantların elmi rəhbərlərinin təyin edilməsi məsələsi nəzərdən keçirilib.

Müzakirələrdən sonra gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Cari məsələlər barədə institutun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva məlumat verib.

Sonda institutun elmi və təşkilati fəaliyyəti ilə bağlı cari məsələlər müzakirə olunub və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.