“Dilçilik tribunası” layihəsi çərçivəsində növbəti elmi seminar baş tutub.

Şrifti böyüt:
Çap et

17 oktyabr 2022-ci il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutunda institutun Gənc Alim və Mütəxəssislər Şurasının təkilatçılığı ilə “Dilçilik tribunası” layihəsi çərçivəsində növbəti elmi seminar baş tutmuşdur. Seminar çərçivəsində fil.ü.f.d. Aysel Əhmədova “Qədim türk dilində (V-X əsrlər) dini terminlər” mövzusunda çıxış etmiş, Orxon-Yenisey, qədim uyğur abidələrində yer almış dini terminlər barədə ətraflı məlumat vermişdir. fil.ü.f.d. Aysel Əhmədova çıxışı çərçivəsində əvvəlcə tanrıçılıq anlayışı, o cümlədən türk mənşəli dini terminlərin semantik cəhətləri ilə bağlı danışmış, abidələrdə əks olunan sanskrit, soqd, çin dillərindən alınmış sözlərin və hibridlərin əhatəli şərhini vermişdir.