Qırğızıstan Elmlər Akademiyasının təşkilatçılığı ilə MDB ölkələri alimlərinin IV forumu keçirilmişdir.

Şrifti böyüt:
Çap et

2022-ci ilin iyun ayında Qırğızıstan Respublikasının Bişkek şəhərində Qırğızıstan Elmlər Akademiyasının təşkilatçılığı ilə MDB ölkələri alimlərinin IV forumu keçirilmişdir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli forumda iştirak edib.
Forumun təşkilində əsas məqsəd Birliyə üzv dövlətlər arasında elmi-texniki əməkdaşlığın aktivləşdirilməsi və inkişafı, elmi mühitin formalaşdırılması və genişləndirilməsidir. Forum iştirakçıları fundamental elmin inkişafının vəziyyəti və perspektivlərini, rəqəmsal əsrdə innovativ elmi tədqiqatların həyata keçirilməsi yollarını, həmçinin MDB ölkələrində təhsil və elmdə rəqəmsallaşma prosesinin təkmilləşdirilməsini məsələlərini müzakirə etmişlər. Avrasiya məkanında elmi əməkdaşlığın qurulması və onun inkişafı, MDB ölkələri alimlərinin nailiyyətlərinin birləşdirilməsi və müasir elmi çağırışlara uyğun fundamental və tətbiqi tədqiqatların aparılması kimi məsələlər Forumda çıxışlar əsas diqqət mərkəzində idi.
Plenar iclasdan sonra forum seksiyalar üzrə işini davam etdirib: 1-ci seksiya “Fundamental elmin problemləri və inkişaf yolları”; “İnvestisiya və innovativ elmi tədqiqatlar” 2-ci seksiya sessiyası; “Təhsil və elmdə rəqəmsallaşma” adlı 3-cü bölmə iclası və MDB gənc alimlərinin “Gənclər və elm: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir.
Forumdan sonra Qırğızıstan Elmlər Akademiyasının prezidenti akademik Murat Cumatayev Azəraycan nümayəndə heyətini qəbul edib. Görüşdə Dilçilik İnstitutu ilə Qırğızıstan Elmlər Akademiyası arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və beynəlxalq proqramlar çərçivəsində müştərək layihələrin həyata keçirilməsi üzrə geniş müzakirələr aparılıb.