Dilçilik İnstitutu əməkdaşlarından Ramazan yardımı

Şrifti böyüt:
Çap et

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə institutun gənc alim və mütəxəssislərinin, o cümlədən digər bütün əməkdaşlarının dəstəyi ilə Ramazan bayramı münasibətilə az təminatlı ailələrə ərzaq və pul vəsaiti yardımı edilmişdir.

Hər kəsi Ramazan bayramı münasibətilə təbrik edir, evlərinizə bərəkət gətirməsini arzu edirik!