AMEA Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri filologiya üzrə fəlsəfə
doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və
müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Tədbirdə İtaliya, Portuqaliya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Fransa, Pakistan, Yaponiya, Almaniya,
Gürcüstandan ekspertlər, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Türk
Mədəniyyəti İrsi Fondunun prezidenti Aktoti Raimkulova, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,
Türk Akademiyasının prezident Şahin Mustafayev, TÜRKSOY-un katibi Sultan Raev, Azərbaycan
Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində səfir Elman Abdullayev, UNESCO-nun
mədəniyyət və fövqəladə hallar üzrə direktoru Krista Pikkat və İƏT Mədəniyyət İnstitutunun prezidenti
Saad S.Xan çıxış etmişlər. Tədbirin keçirilməsində əsas məqsəd beynəlxalq və regional əməkdaşlığı
möhkəmləndirmək, mədəni irsin qorunması üçün yeni strategiyalar inkişaf etdirmək və onların həyata
keçirilməsi üçün mexanizmlər qurmaq olmuşdur.
Şrifti böyüt:
Çap et