Novruz bayramı insanlara sonsuz sevinc bəxş edir

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutnda Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə müəssisənin baş direktoru, professor Nadir Məmmədli xalqımızın dəyərli adət-ənənələri, Novruz bayramı haqqında danışıb. Bildirib ki, Novruzun kökləri qədim dövrlərə təsadüf edir. Xalqımız bu bayramı uzun illərdir böyük təntənə ilə qeyd edir. Qürurvericidir ki, artıq Novruz bayramı Şuşada, Cıdır düzündə də təntənə ilə qeyd olunur.
Daha sonra institutun İcraçı direktoru dosent Baba Məhərrəmli və şöbə müdirləri Novruz bayramı ilə bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, qədim, müqəddəs bayramlarımızdan olan Novruz insanlara sonsuz sevinc, fərəh və xoşbəxtlik bəxş edir.