Şrifti böyüt:
Çap et
Fırat Universiteti Dil və Ədəbiyyat kafedrasının müdiri prof. Ercan Alkaya və müavini dosent Süleyman Kaan Yalçın Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun qonağı olub.
İnstitutun direktoru prof. Nadir Məmmədli, XX əsr Sovet Dövrü Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri prof. Asif Rüstəmli və şöbə işçiləri ilə türk dünyasında dil və ədəbiyyat məsələləri ilə bağlı görüş keçirilib. Həmçinin AMEA-nın Dilçilik institutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları ilə də Türkiyə və Azərbaycanda dialektoloji tədqiqatlarla əlaqədar səmərəli söhbətlər edilib.