Məşqdə İnstitutun rəhbər heyəti, FH komissiyasının sədri və üzvləri, şöbə müdirləri,
hərbliləşdirilməmiş dəstələrin komandir-rəis heyəti iştirak etmişlər.
İnstitutun Fövqəladə Hallar komissiyasının sədri Baba Məhərrəmli məşqin başlanmasını
elan etmiş, MM tədbirlərinin vacib olmasını qeyd edərək Rəhbər heyətin məşqinin əsas
məqsədinin fövqəladə hadisələr zamanı əməkdaşların həyatının və sağlamlığının qorunması,
işin dayanıqlılığının təmin edilməsi olduğunu xüsusilə vurğulamışdır. Məşqi davam etdirmək
üçün sözü İnstitutun MM qərargah rəisi Mehman Həsənova vermişdir.
Mülki müdafiə qərargah rəisi M.Həsənov Mülki müdafiə rəhbərinin-institutun direktoru
prof. Nadir Məmmədlinin əvvəlcədən təsdiq etdiyi “Rəhbər heyətin mülki müdafiə məşqinin
keçirilməsi planı”na uyğun olaraq tədbiri keçirmiş və İnstitutun yerləşdiyi ərazi üçün aktual olan
təbii və texnogen fövqəladə hallarla əməkdaşları tanış etmiş, belə hallarda və qəza təhlükəsi
yarandıqda, yerinə yetirilən tədbirlərdən danışmışdır.
Rəhbər heyəti tərəfindən MM planının öyrənilməsi və dəqiqləşdirilməsi yerinə
yetirilmişdir. Fövqəladə hadisələrın nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarəetmə
qaydaları sxem üzrə məşq edilmişdir. Mülki müdafiə planına əsasən Rəhbər heyət tərəfindən
öz vəzifələrinin dəqiq öyrənilməsi və mənimsənilməsi MM rəhbəri tərəfindən yoxlanılmışdır.
Son olaraq məşq iştirakçıları tərəfindən AMEA şəhərciyinin müdiriyyəti ilə
razılaşdırılaraq fövqəladə hal (zəlzələ,yanğın) zamanı əməkdaşların praktiki olaraq
təxliyyəsinin həyata keçirilməsi təklif olunmuşdur.
Şrifti böyüt:
Çap et