Mayın 22-də AMEA Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar
Təşkilatının hesabat-seçki iclası keçirilib. İclasda AMEA Nəsimi adına Dilçilik
İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru ,
dosent Baba Məhərrəmli, elmi katib filologiya elmləri doktoru, dosent Aynel
Məşədiyeva , AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova və
institut əməkdaşları iştirak ediblər.
Həmkarlar Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə
Mahmudova Həmkarlar Təşkilatına sədrlik etdiyi 2021-2024-cü illər ərzində
təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat verib. Sonra Təftiş
Komissiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov
Həmkarlar Təşkilatının gördüyü işləri yüksək qiymətləndirib.
Qətibə Mahmudovanın hesabatı qənaətbəxş hesab edilib. Daha sonra açıq
səsvermə yolu ilə Həmkarlar Təşkilatının sədri və komitə üzvləri yenidən
seçiliblər. Qətibə Çingiz qızı Mahmudova institut kollektivi tərəfindən yenidən
Həmkarlar Təşkilatına sədr seçilib.
İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla
Əmirova akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda
duran vəzifələr və görüləcək işlər haqqında danışıb, verilən sualları cavablandırıb.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli Həmkarlar Təşkilatının
işçilərin sosial müdafiəsinin gücləndirilməsi, mədəni istirahətinin təmin edilməsi
və s. sahəsində fəaliyyətinin daha da aktiv olmasının zəruriliyini vurğulayaraq
Qətibə Mahmudovaya gələcək işlərində uğurlar arzulayıb.
Şrifti böyüt:
Çap et