Dilçilik İnstitutunun doktorant və dissertantları attestasiyadan keçib

Şrifti böyüt:
Çap et

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə doktorluğu proqramı üzrə təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib.
İclasda institutun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirib ki, elmi rəhbərlər doktorant və dissertantların gələcəyin alimi kimi yetişdirlməsinə məsuliyyətlə yanaşmalıdırlar.
Attestasiyada 25 nəfər doktorant və dissertant iştirak edib. Doktorant və dissertantlar tədqiqat ili ərzində gördükləri işlərin qısa yekunu haqqında məlumat verib, sualları cavablandırıblar.
Sonda attestasiya komissiyasının üzvləri doktorant və dissertantlara öz tövsiyələrini veriblər.