Dilçilik İnstitutunda təcrübə keçən tələbələrin iştirakı ilə seminar

Şrifti böyüt:
Çap et

12 may 2023-cü il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutunda İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının və Təhsil şöbəsinin təşkilatçılığı ilə “Şəhriyar və ana dili” mövzusunda seminar təşkil olunmuşdur. AMEA Nəsimi adına Dilçilik İnstitutunda təcrübə keçən BDU Şərqşünaslıq fakültəsinin “Tərcümə” ixtisası üzrə təhsil alan IV kurs tələblərinin iştirakı ilə baş tutan seminarda tələbələr müxtəlif mövzularda çıxış edərək məşhur azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın farsca və türkcə şeirlərinin dil xüsusiyyətləri, onun türkcə yazması səbəbi, “Heydərbabaya salam” şeirinə yazılan nəzirələrin əsas linqvistik cəhətləri kimi bir çox məqamlara dair farsca və azərbaycanca çıxış etmişlər.

Ən yaxşı çıxışın seçilməsi və seminarda deyilənlərə münasibət bildirmək üçün AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru fil.e.d., prof. Nadir Məmmədli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru, dos. Baba Məhərrəmli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, fil. e. d., dos. Aynel Məşədiyeva, fil.e.d., prof. İlham Tahirov, fil.e.d., prof. Həbib Zərbəliyev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Təhsil şöbəsi”nin müdiri, fil.ü.f.d, dos. Rasim Heydərov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fil.ü.f.d., dos. Günel Orucova çıxış etmiş, Şəhriyarın keşməkeşli həyatı, onun Azərbaycan dilində yazdığı şeirlər və bu şeirlərin o taylı bu taylı Azərbaycanın səsinə çevrildiyinə dair fikirlər bildirmişlər.

İnstitutun Baş direktoru, fil.e.d., prof. Nadir Məmmədli dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın türk dilinin dəyərinə dair yazdığı şeirlərdə əks etdirdiyi fikirlərin və bu fikirlərin Cənubi Azərbaycanın azadlıq və millətçilik təsəvvürlərinin formalaşmasında rolu barədə danışmış, institutda təcrübə keçən Şərqşünaslıq fakültəsinin tələbələrinin təşəbbüsünü alqışlamış, tələbələrin çıxışlarına dair öz fikirlərini bildirmişdir. Baş direktor hazırki seminarın ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunduğunu, bənzər tədbirlərin ilin başlanğıcından etibarən keçirildiyini və davamlı olacağını da qeyd etmişdir.

Seminarın sonunda ən maraqlı çıxış sahibləri Elnarə Nəzərova və Ayxan Babayevə təltifnamə, Əminə Nuriyeva, Sənan Qasımov, Gülavaz Babazadəyə isə seminarda iştiraklarına görə təşəkkürnamələr təqdim olunmuşdur.