Azərbaycan Respublikasının ərazi vahidlərinin adları rus dilində

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru , dosent Gülşən Axundovanın “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları rus dilində “ kitabı çap olunub.

Elmi şuranıın qərarı ilə çap olunan kitabın elmi redaktoru professor Nadir Məmmədli, rəyçilər professorlar İlham Tahirov, dosentlər Yeganə Tağıyeva və Baba Məhərrəmlidir.

Kitab müstəqillik dövründə ilk dəfə Azərbaycan ərazi vahidlərinin rus dilinə transliterasiyasında dilimizin özünəməxsusluğunu mühafizə etmək şərtilə hazırlanmış bir işdir.

Oxucuya təqdim olunmuş kitabda Azərbaycan Respublikası ərazisində mövcud olan məntəqələrin bütün ərazi vahidlərinin adlarının rus dilində düzgün müvafiq “Qaydalara” əsaslanan transliterasiyası verilmişdir.

“Azərbaycan Respublikasının ərazi vahidlərinin adları rus dilində “ kitabı dövlət qurumları, mülkiyyət və təşkilati –hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər, dilçilər, tərcüməçilər, tədqiqatçılar və Azərbaycanla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.