AMEA Nəsimi adına Dilçilik İnstitutunda Hindistan Dövlət Universitetinin nümayəndəsi ilə görüş

Şrifti böyüt:
Çap et

05 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Oğuz Xan Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetinin Türk dili kafedrasının müdiri professor Qous Mashkoor Xan arasında görüş keçirilib.

Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli bildirib ki, Azərbaycan-Hindistan ədəbi-mədəni və elmi əlaqələri çoxəsrlik böyük ənənələrə malikdir. Azərbaycan-Hindistan əlaqələri ölkəmiz müstəqillik qazandıqdan sonra yeni mərhələyə daxil olmuşdur.

Professor vurğulayıb ki, Azərbaycan Respublikası ilə Hindistan arasında 28 sentyabr 1991-ci il tarixdən diplomatik əlaqələrin yaranması, 2004-cü ildə Dehlidə Azərbaycan Səfirliyinin fəaliyyətə başlaması ilə yeni tarixi mərhələnin inkişaf etdirilməsinə şərait yaradılmışdır.

Görüşün məqsədi birgə konfransların, seminarların, simpoziumların keçirilməsi, elmi jurnallarda birgə məqalələrin çap edilməsi, ortaq tədqiqat layihələrin işlənməsi, müştərək mədəni proqramların təşkili, doktorant və tədqiqatçıların mübadiləsini təmin etməkdir.

Asiyanın nəhəng dövlətlərindən biri olan Hindistanla qarşılıqlı elmi və türkoloji əlaqələri daha da inkişaf etdirmək hər iki ölkənin strateji maraqlarına və tərəqqiyə uğurla xidmət edir.

Sonda Qous Mashkoor Xan institut rəhbərliyinə öz təşəkkürünü bildirib.