Təbrik edirik

Şrifti böyüt:
Çap et

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 09.12.2022-ci il tarixli qərarı ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi dosent Aynel Ənvər qızı Məşədiyevaya Türk dilləri və Dil nəzəriyyəsi ixtisası üzrə filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Aynel Məşədiyeva 1998-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin türk filologiyası bölməsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə də türk dili ixtisası üzrə BDU-nun magistraturasına qəbul olmuş, 2000-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri ixtisası üzrə aspiranturasına qəbul olmuşdur. Həmin ildən türk dilləri şöbəsinin əyani aspirantı kimi elmi fəaliyyətə başlayıb dissertasiya işini vaxtından əvvəl başa çatdıraraq, 2004-cü ilin sentyabrında “Türk dillərində ahəng qanununun formal təsviri” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.

Aynel Məşədiyeva zəhmətkeş, savadlı, mükəmməl qabiliyyəti və öz dəsti xətti ilə secilən əsl alimdir.

Aynel xanımı təbrik edir, ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.