Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters

TERMİNOLOGİYA ŞÖBƏSİ

Azərbaycan dilinin sabit terminologiyasının yaradılmasını qaydaya salmaq, bu sahədəki vəziyyəti nizama salmaq, respublikanın elmi-tədqiqat müəssisələrində və ali məktəblərdə aparılan terminoloji işlərə rəhbərlik etmək məqsədilə 1952-ci ildə Terminologiya Komitəsi haqqında “Əsasnamə” təsdiq edilmiş, elmin, texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə terminologiya yaradılması üçün konkret elmi prinsiplər müəyyənləşdirilmiş, terminoloji lüğətlərin tərtibi metodikası işlənilmişdir.
1969-cu ildə Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnstitutunun termi-nologoya sektorunun müdiri Məmməd şamxal oğlu Qasımov olmuşdur. 1979-cu ildə Nəsimi adına Dilçilik İnstitutunda Terminologiya şöbəsi yaradılmış və Terminologiya Komitəsinin işləri ona həvalə edilmişdir. 1988-ci ilə qədər Azərbaycan SSR EA Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri vəzifəsində filologiya elmləri doktoru, professor M.Ş.Qasımov çalışmışdır.
1988-1992-ci illərdə şöbəyə filologiya elmləri doktoru, professor Mübariz Yusifov rəhbərlik etmişdir. 1992-ci ildə terminologia şöbəsi lüğət şöbəsi ilə birləşdirilmiş və 2000-ci ilə qədər şöbə filologiya elmləri doktoru, professor İsmaıl Oruc oğlu Məmmədlinin başçılığı altında fəaliət göstərmişdir.
2000-ci ildən yenidən müstəqil fəaliyyət göstərən terminologiya şöbəsinə bu günə kimi filologiya elmləri doktoru, professor Sayalı Allahverdi qızı Sadıqova rəhbərlik edir. S.A.Sadıqova həm də uzun illər Azərbaycan MEA Rəyasət Heyətində Terminologiya Komissiyasının sədr müavini vəzifəsində çalışmışdır. O, hal-hazırda Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvüdür.
Terminologiya şöbəsinin əsas elmi-tədqiqat istiqaməti elmi-texniki terminologiyanın linqvistik məsələlərinin araşdırılması, ikidilli və çoxdilli (izahlı) terminoloji lüğətlərin tərtibindən ibarətdir. Bu vəzifələrin yetirilməsi üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi əsas məqsəddir.
SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.