• Otaq :
  • Əlaqə :
  • Mail :
MONİTORİNQ VƏ LİNQVİSTİK TƏHLİL ŞÖBƏSİ

Monitorinq və linqvistik təhlil şöbəsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən AMEA Dilçilik İnstitutunda aparılan struktur dəyişiklikləri çərçivəsində yaradılmış Monitorinq şöbəsinin varisidir. Şöbə AMEA Rəyasət Heyətinin 21/7 №-li 29 noyabr 2024-cü il tarixli qərarına əsasən yaradılmışdır. Şöbə müdiri filologiya elmləri doktoru, dosent Sevinc Əliyevadır.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nizamnaməsinə uyğun olaraq yaradılan Monitorinq və linqvistik təhlil şöbəsi struktur bölmədir;

Şöbənin elmi-tədqiqat istiqamətinə televiziya və radio verilişlərində, dublyaj filmlərində, çap və elektron mediada, reklam, elan və afişalarda ədəbi dil normalarına riayət olunması ilə bağlı monitorinqlərin aparılması, materialların araşdırılması və təhlili, aşkarlanmış qüsurların aradan qal¬dı¬rıl¬ması üçün zəruri tədbirlərin həyata keçirilməsi və aidiyyəti üzrə təkliflərin irəli sürülməsi daxildir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamı ölkədə dil siyasətinin uğurla həyata keçirilməsi ilə bağlı çox mühüm sənəddir. 2013-cü il aprelin 9-da imzalanmış digər sərəncam “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planını əhatə edir. Həmin Tədbirlər Planının mühüm bəndləri aşağıdakılardır: “Dövlət idarəçiliyində, kütləvi informasiya va¬si¬tə¬lə¬rində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olun¬ma¬sı məqsədilə maarifləndirmə tədbirlərinin və tre¬ninq¬lərin təşkil edilməsi” (6.2.3.); “Kütləvi informasiya vasitələrində dövlət dilinin təbliği¬nin gücləndirilməsi”dır (6.5.1.); “Televiziya və radio verilişlərində, yazılı və elektron mət¬buatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldil¬mə¬sinin təmin edil¬məsi”(6.5.2.); “Qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, dəyirmi masalar, konfranslar, televiziya və radio verilişlərinin təşkil edilməsi” (6.5.4.).