Qədim dillər və mədəniyyətlər şöbəsi 2013-cü ildə yaradılmışdır. Şöbədə 8 nəfər əməkdaş elmi tədqiqat aparır. Bir nəfər elmlər doktoru, baş elmi işçi, 1 nəfər filologiya üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi, 2 nəfər böyük elmi işçi, 3 nəfər elmi işçidir.
Şöbə əməkdaşlarının 22 kitabı, ali məktəblər üçün 2 tədris vəsaiti nəşr olunmuşdur.
Şöbənin əməkdaşları:
1. İlhami Yusif oğlu Cəfərov, fil.e.d., şöbə müdiri.
2. Aysel Vidadi qızı Əhmədova, fil.ü.f.d, dos., aparıcı elmi işçi.
3. Ülkər Eldar qızı Mirzəyeva, fil.ü.f.d, böyük elmi işçi.
4. Rəxşanə İslam qızı Babazadə, böyük elmi işçi.
5. Tünzalə İnqlab qızı İsmayılova, elmi işçi.
6. Böyükxanım Azər qızı Əsgərova, elmi işçi.
7. Türkan Baladayı qızı Əzizzadə, elmi işçi (0,5).
8. Minarə Asim qızı Məlikzadə-Cavadova, operator.
Şöbə əməkdaşları qədim dilləri, xüsusilə Avrasiyanın ölü dillərinin Türk leksikasını öyrənirlər. Onların aşağıdakı mövzularda əsərləri nəşr olunmuşdur: Sinay Alban perqamentinin dili, Türk, Urartu, Alban etnolinqvistik uyğunluqları, Şuşa – Suziana mətnlərinin Türk leksikası, İtaliyanın Qum kahinləri – Nizami Gəncəvinin uzaq əcdadları, dünyanın ilk fonetik əlifbasının yaradıcıları olan Aran müdrikləri, Olimpiadanın yunanlaşmış Türk sözü olması, Misirdə Firon olmuş Oğuz xan, İberiyada Bərdə və Şuşa şəhərləri, Siciliyanın Təndir adlı şairi, Urartu kitabələrində Uruz adı, Göyçə və Sevan göl adlarının türkcə olması, İtaliyanın Bakuvi soyadlı şairi, Ön Asiyanın ölü dillərində Bulqar və Çuvaş sözləri, Orxon-Yenisey və qədim uyğur abidələrinin dili, qədim yunan mənbələrində Azərbaycan onomastikası və s.
Şöbənin əməkdaşları dörd elmin – dil, ədəbiyyat, tarix, etnologiya mənbələrinə istinadən öz məqalə və monoqrafiyalarını yazıb nəşr etdirir, beynəlxalq konfranslarda məruzələr edirlər.
Şöbə əməkdaşlarının mühüm elmi əsərləri:
1. İlhami Cəfərsoy, İlham Tahirov, Günel Orucova, Aysel Əhmədova, Rəxşanə Babazadə. Qədim dillər üzrə biblioqrafiya. Bakı: Elm və Təhsil, 2018, 374 s.
2. İlhami Cəfərsoy. Arilərin Türk mənşəyi. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 2017, 168 s.
3. İlhami Cəfərsoy. H`Ayların və Armenlərin mənşəyi. Bakı: Avropa, 2020, 406 s.
4. İlhami Cəfərsoy. Şuşa – Suziana mixiyazılı abidələrinin dili. Bakı, Zərdabi Nəşr MMC nəşriyyatı, 2023, 248 s.
5. Илхами Джафарсой. Происхождение Х`аев и армян. Баку: Афполиграф, 2023, 288 s.
6. Mark Terensi Varron. Latın dili haqqında. I cild. Tərcümə edən: Aysel Əhmədova. Bakı: Elm və təhsil, 2020, 240 s.
7. Mark Terensi Varron. Latın dili haqqında. II cild. Tərcümə edən: Aysel Əhmədova. Bakı: Zərdabi, 2022, 160 s.
8. Aysel Əhmədova . Orxon abidələrinin dilində söz yaradıcılığı. Bakı: Elm və təhsil, 2023, 300 s.
9. Aysel Əhmədova. Yenisey abidələrində söz yaradıcılığı. Bakı: Elm və təhsil, 2024, 190 s.
10. Aysel Əhmədova. Altun Yaruk’ta tekrarlar, HUMANITAS-Uluslararası Sosyal Bilimler Dergisi, 2024, 23 (12), s. 1-20.
11. Ülkər Mirzəyeva. Azerbaijani oronyms in ancient greek sources. Germany: Zeitschrift Für Die Welt Der Türken / Journal Of World Of Turks, 2022, №14, s.123-132.
12. Ülkər Mirzəyeva. Qədim yunan mənbələrində Azərbaycan etnotoponimləri. İstanbul: Kutlu Yayınevi “Türkolojiye adanmış bir ömür. Atilla Jorma armağanı” (Editör: Özlem Demirel). 2022, №1, s.579-586.
13. Rəxşanə Babazadə. Arxaik Uş və Dəxiʹnin müasir dilimizdə təzahürü, Lambert Academic Publishing, 2018, 53 s.
14. Rəxşanə Babazadə. Rəhbər (ön söz, qeydlər, transfonoliterasiya, lüğət, əlyazmanın fotosurəti). Bakı: Elm və Təhsil, 2020, 316 s.
15. Rəxşanə Babazadə. Eyni kökdən ayrılan mənalar. Özbəkistan Dil və Mədəniyyət jurnalı, 2023, Vol. 1, s. 46-59.
16. Rəxşanə Babazadə. “Yüz hədis və yüz hekayə” əsərində leksik cəhətdən arxaik feillər. Germany: Zeitschrift Für Die Welt Der Türken / Journal Of World Of Turks, 2023, 15 avqust, s. 261-274.
17. Türkan Əzizzadə. Erməni dilində isim. Tədris vəsaiti. Bakı: Avropa, 2021, 110 s.
18. Türkan Əzizzadə. Müasir erməni dilinin morfologiyası. Tədris vəsaiti. Bakı: Avropa, 2024, 244 s.
19. Tünzalə İsmayılova. XIV-XV əsrlər qıpçaq dil mühiti. Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. 2023, № 2, s.25-33.
QƏDİM DİLLƏR VƏ MƏDƏNİYYƏTLƏR ŞÖBƏSİ
