08 fevral 2023-cü ildə yaradılmış Elmi nəşrlər şöbəsinin əsas fəaliyyəti beynəlxalq “Türkologiya” jurnalı, “Elmi araşdırmalar” toplusu, həmçinin əməkdaşların AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasında təsdiq edilmiş əsərləri, monoqrafiyalarını nəşrə hazırlamaqdan ibarətdir.
Şöbə tərəfindən “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri”, “Mahmud Kaşğari. “Divanü Lüğat-it-türk” - 950”, “Qərbi Azərbaycan toponimləri”, “Qəzənfər Kazımov və Azərbaycan filologiyası”, “Füzuli poeziyasının dili və üslubu” mövzusunda bir çox beynəlxalq və respublika elmi konfrans materiallarının toplanması və nəşrə hazırlanması həyata keçirilmişdir.
Şöbə “4Sİ Akademiyası” layihəsi İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun, ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən kurslarda iştirak etmiş, bir neçə sertifikat almışdır.
Şöbə müdiri Könül Şakir qızı Mirzəyeva 2016-cı ildə Dilçilik İnstitutunda “Türkologiya” jurnalında işə qəbul olunmuşdur. Daha sonra “Nitq mə¬dəniyyəi və monitorinq” şöbəsində elmi işçi vəzifəsində çalışmışdır. “Klassik irsin tərcüməsi və nəşri”, “Klassik əsərlərin nəşrinin bədii tərtibat problemləri” , “Yazılı abidələrin akademik tədqiqi və nəşri problemləri”, “Şərq poetikasında binar düzən”, “Estetik fikirdə binar düzənin əski kökləri”, “Füzuli poetikasında binar düzən”, “Tərcümə əsri, yaxud əsrin tərcüməsi”, “Nitq mədəniyyəti: problemlər və perspektivlər” mövzusunda məqalələri yerli və xarici elmi jurnallarda dərc olunmuşdur.
08.02.2023-cü ildən “Elmi nəşrlər” şöbəsində müdir vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
ELMİ NƏŞRLƏR ŞÖBƏSİ
