İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ

AMEA Rəyasət heyəti 06 aprel 2021-ci il tarixinin 9/3 nömrəli qərarına əsasən Nəsimi adına Dilçilik İnstitutunda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Şöbə institutda aparılan mühüm elmi tədqiqatlar, görülən işlər və əməkdaşların əldə etdiyi nailiyyətlər barədə məlumatların geniş ictimaiyyətə çatdırılmasını eyni zamanda, təşkil olunan tədbirlərin, keçirilən konfransların və beynəlxalq əməkdaşlıq layihələrinin mediada işıqlandırılmasını təmin edir.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şamama Təvəkkülova Qabil qızı 27.03.2023 cü ildən Nəsimi adına Dilçilik İnstitutunun Türkologiya şöbəsində Baş mütəxəssis vəzifəsində çalışmış 02.06.2025-ci il tarixindən isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.