• Otaq :
  • Əlaqə :
  • Mail :
HİND-AVROPA DİLLƏRİ ŞÖBƏSİ

Yaranması. AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Hind-Avropa dilləri şöbəsi 2013-cü ildən fəaliyyət göstərir. Hind-Avropa dilləri şöbəsi 2003-cü ildə yaranan german-roman dilləri şöbəsi əsasında yaradılmışdır.
Elmi istiqamət. Fəaliyyət göstərdiyi bütün dövrlərdə “Dilçiliyin və Azərbaycan dilinin inkişaf perspektivləri” istiqamətində qohum və qohum olmayan dillərin tutuşdurulma üsulu ilə tədqiqi problemi üzrə Hind-Avropa (ingilis, alman, fransız, ispan, italyan, fars, rus) dillərinin və onların Azərbaycan dili ilə müqayisəli-tipoloji planda tədqiqi məsələləri şöbənin əsas tədqiqat istiqaməti olmuşdur. 2003-2013-cü illərdə şöbədə german-roman və Azərbaycan dilləri arasında fonetik-fonoloji, morfoloji, leksikoloji aspektlərdən tədqiqatlar yerinə yetirilmişdir. Hazırda Hind- Avropa dilləri şöbəsində müxtəlifsistemli dillərin dildaxili və dilxarici amilləri öyrənilir, aparılan tədqiqatların nəzəri aspektləri ilə bərabər təcrübi təhlilləri də verilir. Şöbədə Azərbaycan dilinin inkişaf və təbliği üçün Hind-Avropa və Azərbaycan dilləri arasında geniş və hərtərəfli tədqiqatlar aparılır, ingilis, alman, rus, fars, italyan dillər ilə müqayisəli tədqiqatlar barədə elmi kitablar və məqalələr (Azərbaycan və xaricdə yüksək indeksə malik elmi jurnallarda) çap edilir. Hal hazırda şöbədə Hind-Avropa dilləri üzrə indeksləşmiş mütəxəssislər çalışır və müasir elmlər qarşısında qoyulan tələblərə uyğun tədqiqat işlərini davam etdirirlər.

Hind-Avropa dilləri şöbəsinin müdirləri.
Hind-Avropa dilləri şöbəsinin müdiri vəzifəsini müxtəlif vaxtlarda filologiya elmləri namizədi, dosent Novruzəli Məmmədov (2003-2005), filologiya üzrə fəlsəfə doktoru, dosent Məhəbbət Əsədova (2005-2013), filologiya elmləri doktoru, professor Oruc Musayev (2013-2019), filologiya elmləri doktoru, professor İlham Tahirov (2019-2025-ci illər) icra etmişlər.

Hazırda şöbə müdiri filologiya elmlər doktoru, dosent Lalə Qurbanovadır.

Hind-Avropa dilləri şöbəsinin əməkdaşları.
İlham Mikayıl oğlu Tahirov, filologiya elmləri doktoru, professor.
Gülşən İslam qızı Axundova, filologiya üzrə fəlsəfə doktoru, dosent.
Lalə Qədir qızı Qurbanova, filologiya elmləri doktoru, dosent.
Sədaqət Mustafa qızı Cumayeva, filologiya üzrə fəlsəfə doktoru.
Günel Məzahir qızı Orucova, filologiya elmləri doktoru, dosent.
Sevinc Şakir qızı Şükürlü, filologiya üzrə fəlsəfə doktoru.
Bəturə Ziyaddin qızı Əliyeva, böyük elmi işçi.
Nuray Seydulla qızı Nurizadə, kiçik elmi işçi.
Sədaqət Məmmədəli qızı Nəcəfova, kompüter operatoru.
Hind-Avropa dilləri şöbəsinin əsas elmi nəticələri. Hind-Avropa şöbəsi fəaliyyət göstərdiyi illərdə əməkdaşlarının “Dilin leksik sistemində terminoloji leksikanın yeri” (Lalə Qurbanova:2002), “Dialekt leksikasında alınma sözlər” (İlham Tahirov:2004), “Dil sistemində terminoloji leksika” (Lalə Qurbanova:2006), “Azərbaycan və ingilis dillərində zaman kateqoriyası” (İlham Tahirova:2007), “İngilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələri” (Məhəbbət Əsədova:2007), “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”(Gülşən Axundova (həmmüəllifllərlə birlikdə):2007), “Avropa mənşəli sözlərin farsca- Azərbaycanca lüğəti (Günel Orucova(həmmüəllifllərlə birlikdə):2008), “Temporal leksika (Azərbaycan və ingilis dillərinin materialları üzrə)” (İlham Tahirov:2008), “İngilis dilini öyrənmə kursu” (Məhəbbət Əsədova:2011), “Azərbaycan dilçiliyi müntəxəbatı. II cild”(İlham Tahirov (həmmüəlliflərlə birlikdə)2013), “Лексические и синтаксические особенности азербайджанских народных загадок” (Gülşən Axundova:2014), “Binəqədi rayonunun toponimiyası: problemlər və perspektivlər” (Gülşən Axundova:2014), “English (For the Students of Architecture, Construction and Economy Facuilties)” (Məhəbbət Əsədova:2015), “Dildə fonetik və fonoloji mənimsəmə və interferensiya hadisəsi (ingilis və Azərbaycan dillərinin materialları əsasında)” (Lalə Qurbanova:2016), “Azərbaycan və ingilis dillərinin məişət leksikası” (Gülşən Axundova:2017),

“Xarici dilin fonetikası (ingilis dilinin fonetikası əsasında)” (Lalə Qurbanova:2018), “Qədim dillər üzrə biblioqrafiya” (İlham Tahirov(həmmüəlliflərlə birlikdə): 2018), “Orta əsrlər farsdilli lüğətlərdə türk elementləri” (Günel Orucova:2019), “Cümləfövqü vahidlərinin intonasiyasının eksperimental-fonetik təhlili” (Lalə Qurbanova:2019), “Azərbaycan ərazi vahidlərinin adları ingilis dilində” (İlham Tahirov:2022), “Azərbaycan ərazi vahidlərinin adları rus dilində” (Gülşən Axundova:2022) “İngilis strukturalizmi müstəqil dilçilik məktəbi kimi” (İlham Tahirov:2023), “Müasir alman dilində samit birləşmələri” (Sədaqət Cumayeva:2023), “Mətn dilçiliyində cümləfövqü vahidlər” (Lalə Qurbanova:2024), “Praktische Phonetik der deutschen Sprache” (Sədaqət Cumayeva:2025) və s. monoqrafiya, kitab, lüğət, dərslik, dərs vəsaiti, fənn proqramları çap olunmuşdur.