AMEA NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTUNDA XURŞİDBANU NATƏVANIN 190 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLƏCƏK

Şrifti böyüt:
Çap et

2022-ci ilin may ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunda Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Xurşidbanu Natəvanın poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

KONFRANSDA İŞTİRAK ŞƏRTLƏRİ:
• Konfransa təqdim edilən materiallar orijinal və daha əvvəlcə dərc edilməmiş olmalı, konfransın tematikası ilə uyğunluq təşkil etməlidir;
• Konfransın əsas işçi dili Azərbaycan dilidir. Məruzələrin mətni Türk və İngilis dillərində də ola bilər;
• Müəlliflər məqalələrini şəxsən Təşkilat Komitəsinə təqdim edə və ya şəxsi elektron poçt ünvanlarından istifadə etməklə nesimidilcilik@mail.ru e-poçt ünvanına göndərə bilərlər;
• Məruzələrin göndərilməsi üçün son tarix 15 may 2022-ci ildir.

“KONFRANS MATERİALLARI”NDA DƏRC OLUNACAQ MƏQALƏLƏRİN TƏRTİBİ QAYDALARI:
• Məqalə 12 ölçülü Times New Roman şrifti ilə, sətirlərarası 1 interval aralıqla tərtib olunmalıdır;
• Mətn vərəqində hər tərəfdən 2 sm. boşluq olmalıdır;
• Müvafiq xülasə və ədəbiyyat siyahısı da daxil olmaqla, məqalənin ümumi həcmi 5 səhifədən artıq olmamalıdır;
• Məqalənin sonunda ingilis dilində (məruzə mətni ingilis dilində olduqda isə Azərbaycan dilində) xülasə olmalıdır. Xülasədə müvafiq xarici dildə müəllifin adı və soyadı, onun aşağısında sərlövhə, bir sətir aşağıda isə icmal mətn əks olunmalıdır. Burada yığcam şəkildə mövzunun aktuallığı, elmi əhəmiyyəti, əldə olunmuş yeniliklər və nəticələr verilməlidir;
• Yazılara kompüterdə səhifə nömrəsi verilməməlidir;
• Sərlövhə böyük hərflərlə (Caps Lock), tünd rəngdə (Bold) mərkəzdə yazıl¬malıdır;
• Məqalə sərlövhəsinin altında müəllifin adı, soyadı, təmsil etdiyi təşkilatın adı, varsa elmi dərəcəsi və elmi adı, elektron poçt ünvanı və əlaqə telefonu göstərilməlidir;
• Məqalədə istifadə edilən bütün ədəbiyyat və internet resursları məqalənin sonunda əlifba sırası ilə düzülməli və mətndəki istinadlar həmin sıraya uyğun nömrələnməlidir. Məsələn: (1, s.5).
• İstifadə edilən ədəbiyyat siyahısı tərtib edilərkən istinad olunmuş mənbənin bütün buraxılış göstəriciləri (müəllif, sərlövhə, nəşr ili və yeri, ümumi səhifə, internet ünvanı və s.) dəqiq əks olunmalı, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi mətnlərdə istinadetmə qaydalarına əməl olunmalıdır:
• Elmi dərəcəsi olmayan müəlliflərin elmi rəhbərinin (və ya elmi rəyçisinin) adı, soyadı, elmi dərəcəsi (varsa elmi adı da), məqalənin sonunda göstərilməlidir (Məqalədəki məlumatların səhihliyinə və araşdırmanın orijinallığına görə məsuliyyəti elmi rəhbər (elmi rəyçi) və müəllif daşıyır);
• Təşkilat Komitəsinin qarşıya qoyduğu bu tələbləri ödəməyən məqalələr çap edilməyəcəkdir.
• “KONFRANS MATERIALLARI”nın çapı ödənişsizdir.

KONFRANSIN BÖLMƏLƏRİ:
1. X.Natəvanın poetik dilinin qrammatik quruluşu və leksik xüsusiyyətləri
2. X.Natəvanın şeir dilinin üslubiyyatı
3. Azərbaycan ədəbi dili tarixi və X.Natəvanın poeziyası
4. Anadilli poeziyanın təşəkkülü və inkişafı mərhələləri
5. Azərbaycan dili tarixinin öyrənilməsi: problemlər və perspektivlər
6. Müasir Azərbaycan dili məsələləri
7. Ümumi dilçilik məsələləri


TƏŞKİLAT KOMİTƏSİ:
AMEA NƏSİMİ adına
DİLÇİLİK İNSTİTUTU

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115.
Tel.: (+994 12) 5372081
Veb-sayt: www.dilcilik.az
E-mail: teyyubq@mail.az