“TÜRKOLOJİ DÜŞÜNCƏNİN 100 İLLİK YOLU – QUBA”

Şrifti böyüt:
Çap et

I TÜRKOLOJİ QURULTAYININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS

7 noyabr 2026-cı il

Quba

AMEA Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı tərəfindən birgə təşkil olunan beynəlxalq konfransa məqalə və məruzə tezisləri qəbul edilir. Konfransda I Türkoloji Qurultayının elmi irsi, türkoloji düşüncənin inkişaf mərhələləri, türk dillərinin tədqiqi və müasir türkologiyanın aktual məsələləri müzakirə olunacaq.

MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ:

Məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.
– Müəllifin adı, soyadı, elmi dərəcəsi, işlədiyi müəssisə, vəzifəsi və e-poçt ünvanı;
– Məqalənin həcmi 5 səhifə, A4 formatda, 12 ölçüdə Times New Roman şrifti ilə;
– Xülasə (həcmi 100–150 söz) və açar sözlər Azərbaycan, rus və ingilis dillərində;
– Ədəbiyyat siyahısı əlifba üzrə; - istinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə [7, 21] göstərilərək yazılmalıdır.

Konfransın mövzusuna və müəyyən edilmiş tələblərə cavab verməyən məqalələr qəbul edilmir.

Məqalələrin qəbulu üçün son tarix 20 oktyabr 2026-cı il Məqalələr turkologyquba@gmail.com elektron poçt ünvanına göndərilməlidir.

Tel: 5384735
Hörmətlə,
Təşkilat Komitəsi
Son müraciət tarixi: 20 oktyabr 2026-cı il

E-poçt: turkologyquba@gmail.com

Alimləri, tədqiqatçıları, doktorantları, magistrantları və türkologiya sahəsinə maraq göstərən mütəxəssisləri konfransda iştirak etməyə dəvət edirik.