Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters

ELMİ KATİB

AYNEL ƏNVƏR QIZI MƏŞƏDİYEVA

Dilçi - filologiya elmləri üzrə fəlsəfə doktoru (2004-cü il), dosent, ixtisas - Türk dilləri Dil nəzəriyyəsi. Ali təhsilli. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Aynel Ənvər qızı Məşədiyeva 1977-ci il iyul ayının 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universiteti şərqşünas­lıq fakültəsinin türk filologiyası bölməsinin bakalavr pilləsini fərqlənmə dip­lo­mu ilə bitirmişdir. Həmin ildə də türk dili ixti­sa­sı üzrə BDU-nun magistraturasına qəbul olmuş, 2000-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək AMEA Nə­simi adına Dilçilik İnstitutunun Türk dilləri ixtisası üzrə aspiranturasına qəbul olmuşdur. Həmin ildən türk dilləri şöbəsinin əyani as­pirantı kimi elmi fəaliyyətə başlayıb dissertasiya işini vaxtından əvvəl başa çatdıraraq, 2004-cü ilin sentyabrında “Türk dillərində ahəng qanununun formal təsviri” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində 2000-ci ildən 2005-ci ilə qədər kiçik elmi işçi, 2005-2008-ci ilə qədər elmi işçi, 2008-ci ildən indiyədək böyük elmi işçi vəzifəsində çalışmışdır. 2011-ci il­də Türk dilləri ixtisası üzrə dosent elmi adını almışdır. 2013-cü ilin noyabr ayından AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi vəzifəsində çalışır.

A.Ə.Məşədiyeva 2011-ci ildə elmlər doktoru hazırlığı ilə 5710.01 – Türk dilləri ixtisası üzrə dissertanturaya qəbul edilmişdir.

Doktorluq dissertasiyası Türk dillərində feilin şəxssiz formalarının müqayi- səli-tarixi tədqiqinə, onların türk dillərinin dialekt və şivələrində, qədim türk yazılı abidələrində təsvirinə və bu formaların oxşar və fərqli xüsusiyyətlərinin müəy- yənləşdirilməsinə həsr olun­muşdur.

Prof. R. Rüstəmovun “Türk dilinin morfologiyası” (Bakı, “Nurlan”, 2007) adlı monoqrafiyasının və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının 2014-cü ildə “Türk dili” və “Türk ədəbiyyatının tarixi” fənləri üzrə 2 dərs proqramlarının rəyçisi ol­muşdur.

İnstitutun “Dilçilik İnstitutunun əsərləri” və “Tədqiqlər” jurnallarının Redaksiya Heyətinin üzvüdür.

Bir çox müxtəlif Beynəlxalq və respub­lika miqyaslı elmi konfrans və simpoziumlarda çıxışlar etmişdir. Həmçinin, Avropa ölkələrində (İtaliyada, İspaniyada, Şimali Kiprd) keçirilən Beynəlxalq konfranslarda tərcüməçi kimi iştirak etmişdir.

Moskvada keçirilmiş “Материалы II международной научно-практической конференции «Наука в современном мире», 30 июля, 2010 ” konfransda, Niderland krallığının Kranendonk şəhərinə keçirilmiş “İnternational scientific journal “Global Science Communications”, Matters of international scientific internet conference: “Current scientific problems 2011”- 24-31 January 1(7) 2011, Cranendonck, Netherlands” konfransda, Almaniyada keçirilmiş “ European Science and Technology: 7th International scientific conference”, Germany, Munich, Vol. II, Munich, April 23th – 24th, 2014, publishing office Vela Verlag Waldkraiburg” konfransda və İngiltərədə keçirilmiş “2nd International scientific-practical conference «Innovations in science, technology and the integration of knowledge» 27 February — 2 March 2015, London, Belfort's Information Press Ltd, UK” və başqa nüfuzlu konfranslarda iştirakına görə Beynəlxalq dərəcəli   Sertifikat almışdır .

İnstitutda işlədiyi müddətdə nüfuzlu Beynəlxalq və respub­lika miqyaslı türkoloji elmi konfrans və simpoziumlarda yüksək səviyyədə çıxışlar etmişdi. 2008-ci il oktyabr ayı­nın 20-25-dək Ankarada keçirilən VI Uluslararası Türk Dil Qurultayında , 2017-ci il sentyabr ayının 25-28-dək Rumıniyanın Buxarest şəhərində keçirilən XII Böyük Türk Dil Qurultayında və 2018-ci il sentyabr ayının 25-28-dək Polşanın Varşava şəhərində keçirilən XIII Böyük Türk Dil Qurultayında iştirak etmişdir.

110 elmi və elmi-publisistik məqalələrin, o cümlədən 6 kitabın müəllifidir: 4 monoqrafiyanın (2004-cü ildə “Türk dillərində ahəng qanununun formal təsviri”, 2016-cı ildə “Türk dilllərində feilin feili bağlama formaları sistemi (müqayisəli-tarixi аspektdə)”, 2017-ci ildə “Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası”, 2018-ci ildə “Türk dillərində məsdələr və feili isimlər” adlı monoqrafiyalar çapdan çıxmışdır) müəllifi, “Türk dillərinin tarixi-müqayisəli leksikologiyası” (II cild, Bakı, 2008) və Rusiyanın Moskva şəhərində çap olunmuş «Избранные вопросы современной науки» (часть 4, 31 октября, 2011 г., г.Москва, издательство «Перо») kimi fundamental kollektiv əsərlərin həmmüəllifidir.

Elmi əsərlərinin 35-i xarici beynəlxalq elmi jurnallarda nəşr edilmişdir (Rusiya, Niderlandın Kranendonk şəhəri, Türkiyə, Almaniya, Qazaxıstan, İngiltərə, İtaliya, İran, Hindistan, Fələstin, ABŞ, Çexiya, Polşa və Kanadada).

2000-2001-ci və 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk filologiyası bölməsində türk dili və ədəbiyyatından, 2006-2007-ci illərdə isə Tarix fakültəsində türk dili fənnindən dərs demişdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.