“Onomastika məsələləri” – Dilçilik İnstitutunun yeni nəşri

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin “Onomastika məsələləri” adlı kitabı işıq üzü görüb.

Monoqrafiyada Azərbaycan dilində işlədilən şəxs adları, ləqəblər, təxəllüslər, toponimlər, hidronimlər, kosmonimlər, mifonimlər təhlil olunub, onomastik vahidlərin üslubi xüsusiyyətləri müəyyən edilib. Nəşrdə, həmçinin Azərbaycan yazıçılarının əsərləri üzrə tarixi onomastika məsələlərindən danışılır, toponimlərin orfoepiya və orfoqrafiyası izah olunur.

Kitabın baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, elmi redaktorları filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə İsmayılova, rəyçiləri filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədovdur.