Müasir Azərbaycan dili II cild –( Leksikologiya)

Şrifti böyüt:
Çap et

“Müasir Azərbaycan dili” kitabının II cildi ( Leksikologiya) AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarına əsasən çap olunub. Kitabın baş redaktoru Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, redaktorları professor İsmayıl Kazımov, filologiya elmləri doktoru Nərgiz Hacıyeva, rəyçilər professorlar Mahirə Hüseynova, Sevil Mehdiyeva və İsmayıl Məmmədlidir.

“Müasir Azərbaycan dili” kitabında dilimizin leksik strukturunun müasir vəziyyəti geniş və elmi biçimdə əhatə edilir.

1152 səhifədən ibarət olan kitabda Leksikologiyanın bölmələri, “Söz nəzəriyyəsi” nə giriş, Leksikolgiyanın yeni tipləri, səhə, qohumluq, temporal, emosinal və emotiv leksika, semasiologiya, mənşəcə Azərbaycan dilinin lüğət tərkibi,üslubca leksikası, istifadə dairəsinə görə söz qrupları, söz yaradıcılığı, frazeologiya leksikoqrafiya haqqında geniş hissələr öz əksini tapıb.

Akademik leksikologiyanın hazırlanması kollektiv əməyin məhsuludur. Kitab leksikologiya, semasiologiya, frazeologiya, söz yradıcılığı, lüğətçilik və s dilçilik bölmələrinin ən son nailiyyətləri əsasında yazılmışdır. Burada ənənəvi, normativ leksikologiya ilə yanaşı, bu sahənin yeni aspekt və istiqamətlərini əhatə edən funksional leksikologiya, koqnitiv leksikologiya və assosiativ leksikologiya kimi yeni məsələlərə yer verilmişdir. Akademik leksikologiyadan tədqiqatçılar, magistlər, müəllimlər və digər maraqlananlar istifadə edə bilərlər.