Filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Gülhüseyn qızı Qəmbərovanın Azərbaycan və ingilis dillərində “Azərbaycan dili dialekt və şivələrinin xalq təbabəti leksikası” adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır.

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Gülhüseyn qızı Qəmbərovanın Azərbaycan və ingilis dillərində “Azərbaycan dili dialekt və şivələrinin xalq təbabəti leksikası” adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır.

Kitab AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 31 yanvar 2022-ci il tarixli 2 saylı protokoluna əsasən çap olunmuşdur.

Əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent K.İmamquliyeva, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent K.Quliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent G.Axundovadır.

Monoqrafiyanın ingilis dilinə tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru Vəfa Abdullayeva-Nəbiyevadır.

Kitabın elmi-tibbi məsləhətçisi həkim-terapevt Şahin Məmmədovdur.

Azərbaycan və ingilis dillərində yazılmış monoqrafiya Azərbaycan dilinin xalq təbabəti leksikasının diaxronik-dialektoloji tədqiqinə həsr olunmuşdur. Kitab ön söz, mövzuya dair elmi tədqiqat, 2300-dən çox sözlük, istifadə olunmuş ədəbiyyat, informatorların siyahısı, əlavələr və s. ibarətdir.

Ön sözdə Azərbaycan dilinin etnotəbabət leksikası məsələlərinə müfəssəl nəzər salınmış, mövzunun aktuallığı əsaslandırılmışdır. Sözlük hissəsində Azərbaycan dilinin xalq təbabəti leksikasının izahlı-ikidilli izahlı lüğətində sözlərin aid olduğu nitq hissəsi, Azərbaycan ədəbi dilində və ingilis dilindəki qarşılığı verilmişdir. Monoqrafiya dilçi-filoloqlar, tarixçi-etnoqraflar, habelə geniş oxucu kütləsi üçün maraqlı elmi və təcrübi faktlarla zəngindir.