“Azərbaycan dili dialekt və şivələrində qohumluq münasiətləri bildirən sözlərin leksik-semantik xüsusiyyətləri”

Şrifti böyüt:
Çap et

Bu günlərdə AMEA Nəsimi adına Diçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kübra Quliyevanın “Elm və təhsil” nəşriyyatında “Azərbaycan dili dialekt və şivələrində qohumluq münasiətləri bildirən sözlərin leksik-semantik xüsusiyyətləri” adlı monoqrafiyası çapdan çıxmışdır. Kitabın redaktoru Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Məhərrəm Məmmədli, rəyçilər filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Güntəkin Binnətovadır.
Kitabda dialekt və şivələrdə işlənən qohumluq münasibətləri bildirən sözlərdən bəhs edilmiş, onlardan bir qisminin fonetik fərqliliklərinin səbəbləri araşdırılmış, leksik-semantik baxımdan diferensiallaşması, fərqlilikləri göstərilmiş, bir sıra sözlərin etimoloji izahı, qadın və kişi xətti üzrə işlənmə və inkişaf formaları, müasir dövrdə bölgələrdə qorunub qaldığı formalar və lüğəti verilmişdir.
Əsər mütəxəssislər, tələbələr, eləcə də, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.