Bu gün Azərbaycan dilçiliyinin görkəmli simalarından biri, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru professor Nadir Məmmədlinin doğum günüdür.
Nadir Məmmədli zəngin elmi yaradıcılığı, dilçilik elminə verdiyi dəyərli töhfələri, geniş dünyagörüşü və ziyalı mövqeyi ilə Azərbaycan elmində özünəməxsus yeri olan alimlərimizdəndir.
Professorun elmi axtarışlarında Azərbaycan dilinə, dilçilik elminə və milli-mənəvi dəyərlərə bağlılıq var. Alimliklə yanaşı, səmimiyyəti, insanlara münasibətdə diqqət və ehtiramı, işgüzarlığı və prinsipiallığı ona rəğbət qazandırır.
Hörmətli Nadir müəllim, Sizə möhkəm cansağlığı, uzun ömür, yeni elmi uğurlar və yaradıcılıq illəri arzulayırıq. Qələminiz və elmi sözünüz daim Azərbaycan dilçiliyinə işıq saçsın! Doğum gününüz mübarək!
Şrifti böyüt:
Çap et







