Təbrik edirik!

Şrifti böyüt:
Çap et

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Kübra Quliyeva Türkiyədə nəşr olunan akademik və resenziyalı jurnallar üçün elektron yerləşdirmə və redaksiya prosesinin idarə edilməsi xidmətləri təqdim edən platforma olan Dergi Parka hekem (rəyçi) seçilmiş və yüksək səviyyəli dəyərləndirməsinə görə sertifikatla təltif olunmuşdur.