“İraq-türkman ləhcəsinin leksikası”

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Kübra Quliyevanın “İraq-türkman ləhcəsinin leksikası” adlı monoqrafiyası çapdan çıxıb.
Əsərin elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Qəzənfər Paşayev, rəyçilər filologiya elmləri doktoru, professor Elbrus Əzizov, filologiya üzrə fəlsəfə doktoru,dosent Kifayət İmamquliyevadır.
Monoqrafiyada İraq turkmanlarının zəngin dil xəzinəsindən, bugunku Azərbaycan ədəbi dili, eləcə də, dialekt və şivələri ilə səsləşən bir sıra leksik vahidlərin işlənmə formalarından, leksik-semantik baxımdan izahından bəhs edilir, İraq turkmanlarının dili ilə muasir Azərbaycan ədəbi dili və dialekt və şivələri leksikanın butun səviyyələrində nəzərdən kecililir.
Əsər elmi ictimaiyyət, filologiya fakultələrinin tələbələri, eləcə də geniş oxucu kutləsi ucun nəzərdə tutulmuşdur.