Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters

ELMİ İŞLƏR ÜZRƏ DİREKTOR MÜAVİNİ

 

BABA BALACA OĞLU MƏHƏRRƏMLİ

1974-cü il, 2 martda Zəngilan rayonunun Şərifan kəndində ziyalı ailəsində anadan olmuşdur.
1996-cı ildə Аzərbаycаn Dövlət Pеdаqоji Univеrsitеtinin filоlоgiyа fаkültəsini fərqlənmə diplоmu ilə başa vurmuşdur. Аli təhsil illərində Universitet Tələbə Еlmi Cəmiyyətinin üzvü оlmuş, əla qiymətlərlə oxuduğuna görə C.Cаbbаrlı аdınа təqаüdə lаyiq görülmüşdür.
AMEA-da elmi fəaliyyətə 1996-cı ildən başlamışdır. 1999-cu ildə АMЕА-nın Nəsimi аdınа Dilçilik İnstitutunun əyаni аspirаnturаsını (indiki doktoranturanı) bitirmişdir.
2000-ci ildə 26 yaşında Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında “Türk və Azərbaycan dillərində ümumi isimlərin semantik diferensiallaşması” mövzusunda dissеrtаsiyа müdаfiə еtmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurası bir aya bu işi təsdiq etmiş və ona filоlоgiyа еlmləri üzrə fəlsəfə doktoru аlimlik dərəcəsi vermişdir.
Müxtəlif illərdə Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş еlmi işçi vəzifələrində çalışmışdır. 2015-ci ilin aprel ayından elmi işlər üzrə direktor müavinidir.
Doktorluq dissertasiyası “Türk dillərinin kök sözləri” adlanır. Araşdırmaları əsasən türk dillərinin kök sözlərinə, etimoloji təhlillərə, kök sözlərin fonoloji, morfoloji strukturuna, morfonoloji dəyişmələrə, qədim söz yaradıcılığı proseslərinə, türk dillərində qorunan nostratik köklərə həsr olunmuşdur. İndiyə qədər müxtəlif elmi jurnallarda 100-ə qədər məqalə və tezisi çаp оlunmuşdur. Onlardan 20-si xaricdə nəşr edilmişdir.
Baba Məhərrəmli “Türk dillərində isim köklərində leksik-semantik inkişaf” (Bakı, “Elm və təhsil”, 2012, 400 s.) adlı monoqrafiyanın müəllifidir.
Əsərləri Almaniya, Türkiyə, Polşa, Rusiya, Qazaxıstan, Kipr, Bosniya, Gürcüstanda, ABŞ-da, İtaliya, Macarıstanda çap edilmişdir.
2008-ci ildə Türk dilləri ixtisası üzrə dosent elmi adını almışdır.
“Türk dillərinin tаriхi-müqаyisəli lеksikоlоgiyаsı məsələləri” (I cild, Bаkı, 2004; II cild, Bаkı, 2008, III cild, 2012) kitаblаrının həmmüəlliflərindən biridir.
Xaricdə keçirilən nüfuzlu beynəlxalq türkoloji konfransların iştirakçısı olmuşdur: Kiprdə-2011-ci ildə, Qazi Mağuşada, Doğu Ak deniz Universitetində keçirilən “Türkoloji Konfrans”da, Türkiyədə-2011-ci ildə, Muğlada, Muğla Dövlət Universitetində keçirilən “IV Dünya Dili Türkcə” konfransında, Ankarada, 2012-ci ildə Türk Dil Qurumunun keçirtdiyi “VII. Türk Dili Qurultayı”nda, Polşada - 2012-ci ildə Varşavada, Varşava Dövlət Universitetində keçirilən “II Uluslararası Türkoloji Konfrans”da, Gürcüstanda - 2012-ci ildə, Tbilisdə, Cavaxaşvili adına Tbilisi Dövlət Universitetində keçirilən V.Hacıların xatirəsinə həsr olunmuş “Beynəlxalq Türkoloji Konfrans”da, 2016-cı il, 25-28 sentyabrda Macarıstanda-Budapeştdə keçirilən XI Türk Dili Qurultayında, 2017-ci il,12-14 may tarixlərində Türkiyənin Ərzrum şəhərində Atatürk Universitetində keçirilən I Türk dili və ədəbiyyatı Bilgi Şölənind iştirak edərək Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil etmişdir.
Xaricdəki məqalələri rus, türk, polyak, ingilis dillərində dərc edilmişdir.
2010-cu ildə Türkiyə Təhsil Nazirliyinin TÖMƏR dil kursunu bitirərək “Türk dili” üzrə sertifikat almışdır.
2016-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə layihəsi olan idaretmə hazırlığı kursunu bitirərək sertifikat almışdır.
2009-2010-cu illərdə Azərbaycan Müəllimlər Universitetində Türk dilləri ixtisasından dərs demişdir. Həmin tədris müəssisəsində 2010-cu ildə “Türk dillərinin müqayisəsi” fənni üzrə 1 dərs proqramı Təhsil Nazirliyinin qrifi ilə çap edilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun ekspertidir.
Ailəlidir, 2 övladı var.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.