Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters

DİL TARİXİ VƏ DİALEKTOLOGİYA ŞÖBƏSİ

Azərbaycan dilinin tarixi şöbəsinin əsas elmi istiqaməti Azərbaycan dilinin tarixi qanunauyğunluqları, Azərbaycan ədəbi dil problemləri, Azərbaycan dilinin tarixi qrammatikası, Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, qədim yazılı abidələr və Azərbaycan ədəbiyyatının ayrı-ayrı klassiklərinin dil və üslub məsələlərinin elmi-nəzəri səviyyədə araşdırılmasından ibarət olmuşdur.
Şöbənin ilk müdiri AMEA-nın müxbir üzvü, professor Əbdüləzəl Dəmirçizadə olmuşdur. Sonralar şöbəyə müxtəlif illərdə fil.e.d. C.Əfəndiyev, fil.e.d.prof.Mirzə Rəhimov, fil.e.d.prof.Rəhilə Məhərrəmova, fil.e.d.prof.Vaqif İmaməli oğl Aslanov, filologiya üzrə fəlsəfə doktoru Vahid Zahid oğlu Adilov, filologiya üzrə fəlsəfə doktoru Fazil Zaməddin oğlu Əhmədov rəhbərlik etmişlər. 1996-2013-cü illərdə şöbənin müdiri fılologiya elmləri doktoru, prof. Sevil Hacı qızı Mehdiyeva olmuşdur.

Azərbaycan dialektologiyası şöbəsi də Dilçilik İnstitutu yarandığı gündən təsis olunmuşdur. İlk müdiri akademik Məmmədağa Şirəliyev olmuşdur. 1967- ci ilədək şöbəyə məşhur dialektoloq Rəsul Rüstəmov rəhbərlik etmişdir. 1967-ci ildən etibarən 20 il görkəmli türkoloq-dialektoloq Musa İslamov şöbəyə başçılıq etmişdir. 1989-1992-ci illərdə filologiya elmləri doktoru, professor Fikrət Xalıqov şöbənin müdiri olmuşdur. 1992 -ci ildə dil tarixi şöbsinə birləşdirilmiş və fəlsəfə doktoru Fazil Əhmədov şöbənin müdiri təyin edilmişdir. 1996-cı ilin noyabrından şöbənin müdiri filologiya elmləri doktoru Sevil Mehdiyeva olmuşdur. Lakin 1997-ci ilin sonunda dialektologiya şöbəsinin yenidən müstəqil olmuş və 1998-ci ildən Musa İslamov yenidən şöbə müdiri seçilmişdir. 2000-ci ildə vəfat edən Musa İslamovdan sonra şöbəyə rəhbərlik fəlsəfə doktoru Sefi Behbudova həvalə edilmişdir. 2002-2013-cü illərdə şöbəyə filologiya elmləri doktoru professor Qəzənfər Kazımov rəhbərlik etmişdir.

M. Şirəliyevin «Bakı dialekti» (1949 və 1957-ci illərdə) və «Azərbaycan dialektologiyasının əsasları» (1962 və 1968-ci illərdə) əsərləri iki dəfə nəşr olunmuş və sonuncu 1972-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.
Daha sonra şöbədə «Azərbaycan dilinin dialektoloji atlası» hazırlanmış, ancaq çapı müəyyən səbəblərə görə geciksə də, o, 1990-cı ildə işıq üzü görmüşdür. Bu atlas planetimizin görkəmli dilçi alimlərinin böyük marağına səbəb olmuş, onun haqqında ABŞ-da, Almaniyada, Türkiyədə, Fransada, Macarıstanda, Finlandiyada, Bolqarıstanda və başqa ölkələrdə müsbət rəylər çap edilmiş, yüksək dəyərləndirilmişdir.

Atlasla paralel şəkildə 12 mindən artıq sözü əhatə edən ikicildlik «Azərbaycan dilinin dialektoloji lüğəti»i də tərtibi edilmişdir. Həmin lüğətin I cildi (A-L) 1999, II cildi isə (M-Z) 2003-cü ildə Türkiyənin Dil Kurumu xətti ilə Ankara şəhərində nəşr edilmişdir.
2013-cü ilin struktur islahatları ilə əlaqədar Azərbaycan dilinin tarixi və dialektologiya şöbələri yenidən birləşdirilmiş və şöbəyə rəhbərlik gənc türkoloq, filologiya üzrə fəlsəfə doktoru Teyyub Arıx oğlu Quliyevə tapşırılmışdır. Şöbənin əsas elmi tədqiqat istiqaməti dilin tarixi inkişaf mərhələlərinin, qədim yazılı abidələrin və ayrı-ayrı klassiklərin dilinin xüsusiyyətlərinin öyrənilməsi, dialekt və şivələrin tədqiqi və sistemləşdirilməsi, bu sahədə yeni və orijinal baxışlı gənc kadrların yetişdirilməsi məsələlərinə yönəldilmişdir.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.