Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
8.4.2015

Dövlət Proqramının iki illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

8 aprel 2015-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının qəbul olunmasının iki illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan akademik Tofiq Hacıyev bildirmişdir ki, ana dili hər bir xalqın, milli-mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür: “Dövlət dilini qorumaq hər bir dövlətin mühüm siyasi vəzifələrindən, əsas milli texniki maraqlarından birdir. Qloballaşma dünyada informasiya verən onu qəbul edən mexanizm, yəni dil dövlətçiliklə tənzim olunduqda perspektivləri artır, işlənmə əhatəsi genişlənir, informasiya intensivliyi yüksəlir. Müstəqil dövlətçilik mərhələsi dilin inkişafının ən etibarlı bazasıdır. Dövlət dili dil siyasətinin əsas anlayışıdır və milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir.”
Sonra akademik T.Hacıyev Dövlət Proqramı ilə bağlı məsələlərdən bəhs etmişdir. Bildirmişdir ki, Dövlət Proqramı əsasında Dilçilik İnstitutunda Monitorinq şöbəsi yaradılmışdır. Həmin şöbə bu gün dilin praktik vəziyyəti ilə məşğul olur. Həmçinin “Azərbaycan dilinin Dialektoloji Atlası”nın çapı üçün müəyyən işlər görülür.
Millət vəkili Bəxtiyar Sadıqov qeyd etdi ki, dövlətimizin dilimizə qayğısı bəllidir. Cənab prezident çox möhtəşəm sərəncam imzalayıb. Milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir. Dil quruculuğu dilə şüurlu və məqsədyönlü təsirdir, dil siyasətinin tərkib hissəsidir.
”Azərbaycan KİV-lərində dil normalarının gözlənilməsi vəziyyəti”ndən bəhs edərkən B.Sadıqov vurğuladı ki, bəs, dilin problemi haradan yaranır? Dili haradan, kimdən öyrənmək lazımdır? Kitabdan, alimdən öyrənmək lazımdır. Dil ilə bağlı bir çox problemlər internetdən yaranır. Jurnalist ədəbi redaktəni bilməlidir. Biz dilimizi çirklənmədən qorumalıyıq.


“Azərbaycan dilində terminologiyanın inkişafı: perspektivlər, vəzifələr” barədə professor Sayalı Sadıqova məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan dilinin dövlət dili statusu alması, yeni təhsil sisteminin yaradılması prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır: “Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və onun inkişafını həmişə düzgün istiqamətləndirmək zəruridir.
Terminologiya Komissiyasında son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə bu illər ərzində elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə alınaraq mühüm istiqamətlər müəyyənləşdirilmişdir. Bu müddət ərzində elmin demək olar ki, bütün sahələrinə aid 100-ə yaxın terminoloji lüğət nəşr olunmuşdur”.
Sonda çıxış edən Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli Dövlət Proqramının yerinə yetirilməsilə bağlı aparılan monitorinqlər və mövcud problemlərdən söhbət açdı: “Monitorinq yeni sahədir, gündəlik dil proseslərini müşahidə edir. Biz topladığımız materialları xüsusi proqram əsasında aparırıq. Küçə adlarının monitorinqi ilə bağlı Əmlak Komitəsi ilə bağlı əməkdaşlıq yaratmışıq. Küçə adları tək Bakı şəhəri ilə məhdudlaşmır. Sumqayıt, Gəncə və digər rayonları da monitorinqə cəlb olunub.
Q.Məhərrəmli vurğuladı ki, dildə gedən proseslər mətbuatda aydın görünür. Yaxşı proseslərlə yanaşı, mənfi meyillər də var. Şifahi nitqdə bunu aydın görmək olur. Başqa dilin intonasiyası ilə danışırlar. Çalışırıq Dilçilik İnstitutunun “Qaynar xətt”ini istifadəyə verək. Qaynar xətt çox düşünülmüş və müasir sistem olmalıdır. Canlı rejimdə dialoq olmalıdır. Bununla yanaşı, biz qrup yaratmışıq. Qaynar xəttin fəaliyyətininin irəliyə aparılmasında biz mediaya güvənirik. Azərbaycan dilinin tədrisi ilə bağlı işlər görülməlidir, verilişlər hazırlanmalıdır. Aparıcılar üçün kurslar təşkil olunmalıdır”.
Geniş müzakirələrin yer aldığı elmi-praktik konfrans öz işini yekunlaşdırıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.