Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
3.4.2015

“Türk dünyasında əlifba mücadiləsi”

2 aprel 2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin doktorantı və elmi işçisi Elçin İbrahimovun “Türk dünyasında əlifba mücadiləsi” adlı məruzəsi keçirilmişdir.
Məruzə doktorantın “Türklərin əlifba və imla problemi” adlı dissertasiya işini əhatə edirdi.
Çıxışçı bildirdi ki, “Dil və əlifba xalqın mövcudluğunu təsdiq edən faktlardandır. Ədəbi dilin inkişafında əlifbanın çox böyük əhəmiyyəti var. Əlifba məsələsi hər bir dövrün mədəni inkişafı və tərəqqisi üçün zəruri sayılmışdır.
XX əsrin əvvəllərindən başlayaraq Türk dünyasında, o cümlədən Azərbaycanda ərəb əlifbasının dəyişdirilməsi məsələsi müzakirə obyektinə çevirilmişdir.
1900-cü ilin ilin birinci yarısında tatarlar arasında da latın əlifbasına keçid və ərəb əlifbasını islah etmək fikirləri və rəylər hazırlanmışdı.
1921-ci ilin dekabr ayından başlayaraq N.Nərimanovun təşəbbüsü ilə dil və əlifba məsələsində iki cərəyan yarandı. “Latınçılar” və “ərəbistlər”. “Latınçılar” komissiyasının ümumi tərkibi 8 nəfərdən ibarət idi. F.Ağazadə, A.Tağızadə, M.Ə.Əfəndizadə, H.Şaxtaxtlı, A.Əmirov, Ə.Pepinov və H.İsrafilbəyov. O dövrdə Azərbaycanda istifadə edilən ərəb əlifbasına müəyyən dəyişikliklər etməklə bu əlifbanın saxlanılmasının xeyli tərəfdarları olsa da, əlifbanın yeni latın əlifbası ilə əvəz olunmasını yeganə düzgün yol hesab edənlər daha sistemli və əsaslı dəlillər göstərməklə bu mübarizədən qalib çıxdılar və s”.
E.İbrahimov məruzə haqqında geniş məlumat verdikdən sonra iştirakçıların suallarını cavablandırıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.