Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
13.3.2015

“Bəziləri milli maraqları maddi maraqlardan aşağı tuturlar”

Mart ayının 1-dən etibarən Bakıda küçə reklamları və elanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ilə razılaşdırıldıqdan sonra yerləşdirilməliydi. Başqa sözlə, bu ayın əvvəlindən başlayaraq paytaxtda küçə reklamları və elanların yerləşdirilməsinə nəzarət artırılmalıydı. Artıq prosesə start veriləcəyi tarixdən 10 gün keçir. Bəs proses nə yerdədir?

“A24.az”ın əməkdaşı sözügedən məsələ ilə bağlı Dilçilik İnstitutunun Monitorinq Şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli ilə söhbətləşib, yeniliklərlə maraqlanıb, maraqlı məlumatlar əldə edib. Professor, Bakıda küçə reklamları və elanların artıq onların rəy və tövsiyəsindən sonra yerləşdirildiyini söyləyib, bu istiqamətdə praktik olaraq işlərə start verildiyini qeyd edib:

-Reklamların mətnlərində dil normalarının gözlənilməsi üçün Dilçilik İnstitutu ilə Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb: “Əldə olunmuş razılığa əsasən, Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi dilində nöqsanların olduğunu güman elədikləri reklam mətnlərini Dilçilik İnstitutunun Monitorinq şöbəsinə göndərir. Dilçilik İnstitutunun mütəxəssisləri isə təqdim olunan reklam və elan mətninə baxır və öz tövsiyələrini verirlər. Bundan sonra reklamların istehsalına başlanılır. Martın 1-dən sonra Dilçilik İnstitutunun Monitorinq şöbəsinə 2 reklam nümunəsi göndərilib. Biz həmin mətnlərə baxmışıq və tövsiyəmizi vermişik. Məsələn, tövsiyə etmişik ki, reklam belə yox, bu formada olmalıdır. Bu istiqamətdə Dilçilik İnstitutu ilə Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi əməkdaşlığa başlayıb və bundan çox məmnunuq. Hesab edirik ki, gələcəkdə əməkdaşlığımızın müəyyən edilmiş qaydalar üzrə davam eləməsi Bakı şəhərində yanlış, dil qüsuru olan reklamların azalmasına səbəb olacaq. Amma burda bir incəlik var ki, Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi bəzi kommersiya reklamlarına müdaxilə edə bilmir və buna görə cavabdehlik daşımır. Həmin şirkətlər istədikləri formada kommersiya reklamlarını istehsal edə bilirlər. Ona görə də, istəyirik ki, kommersya reklamlarının dilinə baxaq və bu istiqamətdə də müvafiq işlər aparırırıq”.

-Bu prosesə nəzarət yoxdur, yoxsa mövcud qanunvericilkdə boşluq var?

-Qanun deyir ki, reklam firmalarının öz loqoları, nişanları olur. Amma güman edirik ki, yeni redaktədə təqdim olunan “Reklam haqqında” qanun qəbul olunarsa bu sahədəki bəzi boşluqlar aradan qalxar, Azərbaycan dilinin qaydalarına mütləq şəkildə əməl olunmasını zəruri edər. Yeri gəlmişkən, bu yaxınlarda Milli Məclisin İqdisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin belə bir açıqlamsı oldu ki, reklamlarda Azərbaycan dilinin qaydalarına əməl olunmalıdır. Ümumiyyətlə, parlamentin və dövlət məmurlarının bu məsələyə diqqət yetirmələrini alqışlayırıq.

-Azərbaycan dilinin normalarına əməl olunması vəziyyətini monitorinq edirsinizmi?

-Bəli, biz Bakı şəhərinin bir neçə rayonunda, konkret olaraq Səbail, Nəsimi və Nərimanov rayonlarında monitorinq aparmışıq və hazırda onun nəticələri hazırlanır. Amma nəzərə almaq lazımdır ki, Dilçilik İnstitutu elmi-tədqiqat ocağıdır və icraçı təşkilat və ya qurum deyil. Ona görə də, Dilçilik İnstitutu müəyyən tövsiyələr verə və ya onu müvafiq qurumların nəzərinə çatdıra bilər. Bizim səlahiyyətimiz yoxdur ki, hansısa problemlə bağlı inzibati tədbir görək. Amma bununla belə, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Dilçilik İnstitutunu və digər müvafiq dövlət qurumlarını da sövq edir ki, reklamların, küçə adlarının dilinə diqqətlə və hörmətlə yanaşsınlar. Bu, ümumilli işdir və bu istiqamətdə hər kəs öz üzərinə düşən vəzifəni layiqincə icra etməlidir. Bəzən reklam maddi maraqlarla bağlı olur. Bəzi insanlar milli, dil maraqlarını maddi maraqlardan aşağı tuturlar. Bax belə olan halda gözlənilməz və arzuolunmaz hallar ortaya çıxır.

-Bakı şəhərində əcnəbi adlarla olan reklamların, adların təxmini statistikası varmı? Başqa sözlə, dəyişdirilməsi zəruri olan nə qədər ad var?

-Belə adlarla bağlı dəqiq rəqəm demək çətindi. Çünki adlar hər gün dəyişir, yenilənir. Bu işlə xüsusi olaraq Bakı Şəhəri İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi məşğul olur. Ola bilsin ki, onlarda əcnəbi reklam adları ilə bağlı rəqəm olsun.

Qulu müəllim, necə düşünürsünüz, bu sahədə vəziyyəti istənilən səviyyəyə çatdırmaq üçün təxmini nə qədər zamana ehtiyac var?

-Bu barədə konkret fikir söyləmək çətindi. Ümumiyyətlə, bunun proqnozunu vermək çox cəsarətli işdir.

Qeyd edək ki, küçə reklamları və elanların mətnlərində dil normalarının gözlənilməsinə nəzarət tədbirləri ölkə rəhbərinin təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və bu proqramın icrasına dair Tədbirlər Planı çərçivəində həyata keçirilir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.

Atif Sarıxanlı
www.a24.az

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.