Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.09.2021

ZƏFƏR YOLU, ŞƏHİDLİK YOLU

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 27 sentyabr - Anım Günü münasibətilə “Zəfər yolu, şəhidlik yolu” adlı onlayn tədbir keçirilib. Öncə tədbir işçiləri birdəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər.
Tədbiri giriş sözü açan institutun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Sonra akademik 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışıb. Akademik vurğulayıb ki, Azərbaycan bu qələbəni şəhidlərin qanı, canı hesabına qazanıb. Vətən müharibəsi başlayan ilk gündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mətin ordumuz irəliləyərək, düşməni işğal olunmuş torpaqlarımızdan uzaqlaşdırmağa başladı. Döyüş cəbhəsindən davamlı xoş xəbərlər gəldi. Hakimiyyət, ordu və xalq birliyi öz sözünü dedi. Hər keçən gün bizi parlaq qələbəyə yaxınlaşdırdı”.


Akademik qeyd edib ki, müharibə dövründə də Ermənistan öz məkrli niyyətindən əl çəkməyərək dinc, silahsız, cəbhə zonasından uzaqda yerləşən əhaliyə divan tutdu. Gəncə və Bərdədə terror aktları törədildi.
Sonra çıxış edənlər Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, Elmi katib dosent Aynel Məşədiyeva, Təhsil şöbəsinin müdiri dosent Qətibə Quliyeva, Mətbuat xidmətinin rəhbəri dosent Təranə Şükürlü bildirib ki, dünya tarixində elə bir müharibə olmayıb ki, İkinci Qarabağ savaşı kimi cəmi 44 günə bitsin, özü də möhtəşəm qələbə ilə. Bu, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli və qətiyyətli rəhbərliyinin, ordumuzun müasir hərbi texnika ilə təchizatının, əsgər və zabitlərimizin hazırlıqlı olmasının, xalqımızın birliyinin nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı, dövlətimizin bütün gücünü və imkanlarını səfərbər etməsi xalqımızda qəti əminlik yaradırdı ki, tezliklə işğala son qoyulacaq və ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Monitorinq Mərkəsinin direktoru filologiya elmləri doktoru Sevinc Əliyeva vurğuladı ki, Vətən müharibəsində qazandığımız Zəfər təkcə ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etmədi, bu Zəfər vətən həsrəti ilə yaşayan soydaşlarımızın qəlbində yenidən həyat işığı yandırdı, onlara doğma torpaqlara dönmək imkanını yaratdı.
Professorlar İsmayıl Məmmədli, Sayalı Sadıqova, İsmayıl Kazımov, dosentlər Kifayət İmamquliyeva , Aytən Allahverdiyeva və Aytən Bəylərova çıxışlarında Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn hərbçilərimizin həyat yollarından bəhs ediblər.
Bildirilib ki, torpaqlarımızın erməni işğalından azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.