Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
13.3.2015

“Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirildi

Martın 13-də AMEA-nın Əsas binasında Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirildi.
Tədbiri giriş sözü ilə bu elmi müəssisənin direktoru, akademik Tofiq Hacıyev açaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açdı. Akademik Dövlət Proqramının Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək məqsədilə institut əməkdaşları tərəfindən ölkə saytlarında ədəbi dilin normalarının qorunması istiqamətində monitorinqlərin aparıldığını bildirdi. T.Hacıyev dil nöqsanlarının aradan qaldırılması işinə kömək edəcək “Qaynaq xətt”in işə salınacağı barədə də məlumat verdi. Bildirildi ki, hazırda AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həmin xəttin tezliklə işə salınmasına çalışır.


Mətbuat konfransında çıxış edən institutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli hazırda Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələri və teleradio verilişlərinin dili üzərində müşahidələrin aparılması barədə məlumat verdi.
İnstitutun aparıcı işçisi Nəzakət Qaziyeva saytların dili üzərində aparılan monitorinqlərin nəticələri və müşahidə olunan dil qüsurları haqqında danışdı.
Sonda KİV nümayəndələrinin sualları cavablandırıldı.

Saytların dili üzərində aparılan monitorinqin gedişi barədə məlumat

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.