Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
14.09.2021

Akademik Möhsün Nağısoylunun “Kitabi Dədə Qorqud”un Günbəd əlyazması” kitabı nəşr olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylunun dünya folklorunun nadir incisi, ana abidəmiz “ Kitabi-Dədə Qorqud”un yeni aşkarlanmış Günbəd əlyazmasının tekstoloji-filoloji təhlilinə həsr olunmuş “Kitabi Dədə Qorqud” un Günbəd əlyazması” monoqrafiyası işıq üzü görüb.
Akademik Möhsün Nağısoylunun bu kitabı “Kitabi-Dədə Qorqud”un 2019-cu ilin əvvəllərində İranda aşkar edilmiş Günbəd əlyazmasından bəhs edən ilk monoqrafik araşdırmadır.
Akademik Möhsün Nağısoylunun “Kitabi-Dədə Qorqud”un Günbəd əlyazması” kitabı şərti olaraq iki yerə bölünür: 1. əlyazmanın tekstoloji-filoloji araşdırmasını əhatə edən tədqiqat hissəsi; 2. əlyazmanın tənqidi mətni və sözlüyü. İki fəsildən ibarət tədqiqatda müəllif öncə “Kitabi-Dədə Qorqud”un yeni aşkarlanmış əlyazmasını tekstoloji tədqiqata cəlb edir. Müəllif burada yeni əlyazmanın adı, quruluşu, mövzusu, məzmun-ideya xüsusiyyətləri, “Kitabi-Dədə Qorqud”un Drezden əlyazması ilə səsləşmə məqamlarını, əlyazmanın mətnində yer alan təkrarlar üzərində dayanır və bütün bu məsələlərə özünün müəllif münasibətlərini bildirir. Uzun illər orta əsrlər türk əlyazma mətnləri üzərində çalışmış mətnşünas-dilçi alimin kitabın bu fəslində qaldırdığı məsələlər qorqudşünaslıq üçün mühüm əhəmiyyət daşıyır.
Kitabın ikinci fəslində yeni aşkarlanmış əlyazmanın filoloji tədqiqi yer almışdır. Burada əlyazmanın səciyyəvi orfoqrafik-fonetik xüsusiyyətləri və başlıca leksik özəllikləri ortaya qoyulur. Müəəlif əlyazmanın leksik özəlliklərindən bəhs edərkən başlıca diqqəti mətndə işlənmiş türkmənşəli arkaik sözlərə yönəldir və onları tarixi-müqayisəli şəkildə təhlil edir.
Kitabın şərti olaraq ikinci hissəsi kimi dəyərləndirilən bölməsində əlyazmanın tənqidi mətni və sözlüyü yer almışdır. Əlyazmanın ilk dəfə hazırlanmış tənqidi mətni “Kitabi-Dədə Qorqud”un yeni mətninin müxtəlif adlarla təqdim olunan üç Türkiyə və bir Bakı nəşri əsasında tərtib olunmuşdur.
Cəmi 31 vərəqdən ibarət olan əlyazma kitabı akademik Möhsün Nağısoylunun fikrincə, XVIII yüzlülüyün sonlarında Təbrizdə hazırlanmışdır. İstər əlyazmanın paleoqrafik göstəriciləri, istərsə də dil özəllikləri belə bir fikrə gəlməyə əsas verir. Əlyazma kitabı oğuz elinin bilicisi Dədə Qorqudun soylamalarından və eposun baş qəhrəmanı Qazan xan haqqındakı bir boydan ibarətdir. Kitabın sonunda əlyazmanın faksimilesi də verilmişdir.
Akademik Möhsün Nağısoylunun “Kitabi Dədə Qorqud” un Günbəd əlyazması” (tekstoloji-filoloji araşdırma, tənqidi mətn, sözlük) kitabının elmi redaktoru akademik Kamal Abdulla, məsul redaktorı dosent Qətibə Vaqifqızıdır.
Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.