Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.2.2015

Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə anım tədbiri keçirilib

Fevralın 25-də AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan akademik Tofiq Hacıyev qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Xocalı faciəsi ermənilərin əsrlər boyu türk xalqına qarşı amansızlığı və insanlığa qarşı cinayəti idi.
T.Hacıyev vurğulayıb ki, bir çox milli faciələrimiz kimi Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Bu gün ölkəmizdə Xocalı soyqırımının qurbanlarının xatirəsi əziz tutulur, onların xatirəsinə abidə ucaldılıb.
Sonra tədbir iştirakçıları çıxış edərək Xocalı soyqırımın dünya ictimaiyətinə çatdırılmasının əhəmiyyətindən bəhs ediblər. Bildiriblər ki, Xocalı soyqırımının günahkarları layiqli cəzalarına çatacaqlar. Bu cinayət cəzasız qala bilməz.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.