Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
06.07.2021

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının qəbulu ilə bağlı yay imtahan sessiyasına başlanılıb

AMEA prezidentinin sərəncamı ilə artıq akademiyanın institutlarında müxtəlif istiqamətlərdə fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının qəbulu ilə bağlı yay imtahan sessiyasına başlanılıb. İki gün davam edən yay sessiyası təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq əyani şəkildə: yazılı və şifahi formada keçirilib. İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, institutda mövcud karantin rejiminin tələbləri nəzərə alınaraq, imtahan sessiyasında iddiaçıların bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılmışdır.
Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının qəbulu ilə bağlı yay imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq hər bir ixtisas üzrə imtahan komissiyaları yaradılıb.
Akademik Möhsün Nağısoylunun rəhbərlik etdiyi imtahan komissiyaları 1-2 iyul 2021-ci il tarixlərində Nəzəri dilçilik (5710.04), Azərbaycan dili (5710.06) ixtisasları üzrə doktorluq minimum imtahanlarını qəbul etmişlər. 1 iyul 2021-ci il tarixində Nəzəri dilçilik ixtisası üzrə ərizə verən 10 iddiaçıdan imtahan götürülmüşdür. Respublikaının müxtəlif təhsil ocaqlarından müraciət edən iddiaçılar yazılı və şifahi formada imtahan vermişdir. İmtahan zamanı komissiya üzvləri həm dissertasiya mövzuları, həm də ixtisas proqramları çərçivəsində suallar verərək iddiaçıların biliklərini 10 ballıq sistemlə qiymətləndirmişlər.


2 iyul 2021-ci il tarixində isə Azərbaycan dili - 5710.06 ixtisası üzrə ikinci imtahan keçirilib. İxtisas fənni üzrə tərtib olunan proqram əsasında hazırlanan biletlərdən əlavə iddiaçılar dəqiqləşdirici sualları da cavablandırmışlar. Doktorluq imtahanları prosesində AMEA Rəyasət Heyəti Təhsil şöbəsi Doktorantura sektorunun baş mütəxəssisi Səbinə Əliyeva da iştirak edib. Bilet sualları ilə yanaşı verilən əlavə suallara da ətraflı cavab verən iddiaçılar 10 ballıq sistemlə qiymətləndirilib.
İmtahan sessiyası mövcud qaydalara uyğun təşkil edilmiş, sualların tərtibi, biletlərin hazırlanması zamanı AAK-ın qoyduğu tələblər nəzərə alınmış, iddiaçılar öncədən proqram və vəsaitlərlə təmin olunmuş, imtahan zamanı biliyin qiymətləndirilməsində şəffaflıq və obyektivlik tam təmin olunmuşdur. AMEA Nəsimi adına Dilçilik İnstitutunda 2021-ci ilin doktorluq yay imtahan sessiyası uğurla sona çatmışdır.
Qeyd edək ki, imtahandan uğurlu nəticələr əldə edən iddiaçılar növbəti mərhələyə - disseratsiya mövzusunun ilkin müzakirəsinə buraxılacaqlar.

Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dos. Qətibə Quliyeva

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.