Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.06.2021

Şifahi nitqin inkişafı üçün orfoepiya normaları xüsusi əhəmiyyət kəsb edir

Orfoepiya normaları ədəbi dilin strukturu ilə bağlıdır. Bu norma ədəbi dilimizə daxil olan bütün sözlərin nitqdə düzgün tələffüzünü təmin edir. Yazılı ədəbi dilin normaları olduğu kimi, şifahi ədəbi dilin də normaları vardır. Yazılı ədəbi dilin normaları tam müəyyənləşdirilib və bu sahədə xeyli işlər görülüb. Lakin şifahi ədəbi dilimizin normalarına riayət etmək və bu sahədə qaydalar yaratmaq uzun illərdir vacib məsələlərdən biri idi. Bu baxımdan “Azərbaycan dilinin orfoepiya normaları”nın Nazirlər Kabinetinin Qərarına əsasən təsdiq edilməsi böyük əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, “Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi Qrupu tərəfindən işlənilib hazırlanıb.

Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib. O bildirib ki, orfoepiya normaları şifahi nitqi tənzimləyir. Eyni sözün müxtəlif formalarda tələffüz olunmasına yol vermir. Müasir dövrdə tələffüzünün əsasını Azərbaycan ziyalılarının danışığı təşkil edir. Danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır. Tələffüz nümunəvi nitqin mühüm amilidir.

Dilimizin yazılı və şifahi normaları arasında xüsusi fərqlərin olmasına baxmayaraq, yazılı dilin normalarını orfoepik normalardan ayrı təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, B.Çobanzadə 1920-ci illərdə orfoqrafiya məsələlərinin nizama salınmasında tələffüzün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Orfoepiyanın böyük ictimai əhəmiyyətini vurğulayan alim qeyd edib ki, hər bir nitq necə tərtib olunursa-olunsun, onun dinləyiciyə çatdırılması tələffüzün üzərinə düşür. Sözlərin düzgünlüyü, səlisliyi, aydınlığı tələffüzün əsasını təşkil edir. Müasir dövrümüzdə mətbuatın, təhsilin kütləviləşməsi nəticəsində tələffüz normalarına xüsusi önəm verilir. Orfoepik normalar ekran, efir dilində sözün səlis tələffüzünü təmin edir. Yeni hazırlanan orfoepiya normaları televiziya və radio sahəsinə öz müsbət təsirini göstərəcəkdir. Dildə gedən proseslərlə cəmiyyətin inkişafı arasında sıx əlaqə vardır. Bu gün mətbuatın televiziya və radio sahəsində ədəbi dilin şifahi qolu yeni keyfiyyət qazanır. Ünsiyyət zamanı nitqin qavranılması üçün düzgün tələffüz əsasdır. Düzgün nitq ədəbi dilin normalarına uyğun bir nitqdir.

Onun sözlərinə görə, ədəbi tələffüz normalarına riayət edən şəxslərin nitqi mükəmməl olur. Şifahi nitqin inkişafı üçün orfoepiya normalarının xüsusi əhəmiyyəti vardır. Hər bir şəxs fikrini necə şərh edirsə etsin, orfoepik normalara riayət etməlidir.

“Orfoepiya üzrə işlər həm nəzəri, həm də praktiki istiqamətdə aparılır. Qeyd edək ki, orfoepiya lüğətlərinin də tarixi qədim deyildir. Nəsimi adına Dilçilik İnstitutunun qarşıda duran əsas vəzifələrindən biri “Orfoepiya lüğəti”nin çapa hazırlanmasıdır. Bu istiqamətdə ciddi işlər görülür”, - deyə T.Şükürlü fikrini yekunlaşdırıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.